Ali Məclisin Sədri Fərman imzaladı » EMTV.az
19 iy 15:00Oxunub: 469 |

Ali Məclisin Sədri Fərman imzaladı

Ali Məclisin Sədri Fərman imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 19-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin işçilərinin say həddi 47 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 24 ştat vahidi, rayon (şəhər) mədəniyyət şöbələri üzrə 23 ştat vahidi müəyyən edilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin ”.
(naxçıvantv.az)

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 1813
XƏBƏR LENTİ

Reklam
Məzənnə