Putin açıqladı: Rusiya xarici siyasətini dəyişir » EMTV.az
19 iy 14:41Oxunub: 476 |

Putin açıqladı: Rusiya xarici siyasətini dəyişir

Putin açıqladı: Rusiya xarici siyasətini dəyişir
Putin Rusiyanın xarici siyasətinin dəyişməsi ilə bağlı xarici diplomatiya idarəsinə xüsusi tapşırıq verib.

Bunu Putin rusiyalı diplomatlar qarşısında çıxışı zamanı bəyan edib.

Putin bildirib ki, Rusiyanın xarici siyasəti daha çox iqtisadiyönümlü və rasional olmalıdır. Onun sözlərinə görə, Rusiya yeni bazarlar tapmalıdır ki, şirkətlər həmin bazarlarda fəaliyyət göstərə bilsin.

O bildirib ki, Rusiya təkcə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş beşlik ölkələri sırasına daxil olmalı deyil, eyni zamanda, xarici siyasətin dəyişməsi nəticəsində həyat səviyyəsinin standartlarını yaxşılaşdırılmasını təmin etməlidir.

Putin əlavə edib ki, bu gün dünyada iqtisadi əlaqələr və biznes azadlığı siyasi obyektə çevrilməkdədir: “Ona görə də rəqabət və dünya ticarətinin acıqlılığı bir çox hallarda proteksionizmə uğrayır”. (trend)

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 1813
XƏBƏR LENTİ

Reklam
Məzənnə