Göyçayda taxıl sahəsi YANDIRILDI - ŞÜBHƏLİ SAXLANILDI » EMTV.az
19 iy 14:14Oxunub: 486 |

Göyçayda taxıl sahəsi YANDIRILDI - ŞÜBHƏLİ SAXLANILDI

Göyçayda taxıl sahəsi YANDIRILDI - ŞÜBHƏLİ SAXLANILDI
Bu gün saat 4.30 radələrində Göyçay rayonunun İncə kəndi ərazisində biçilmiş 20 hektar taxıl sahəsi yandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülmüş, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.

Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən kənd sakini Gündüz Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı G.Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyən edilib və o, törətdiyi əməli etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyinin təşkilatçılığı ilə "EsmaMedia TV" İnternet kanalında Azərbaycan Mətbuatının yaranmasının 143-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR
Oxunub: 1327
XƏBƏR LENTİ

Reklam
Məzənnə