Adnan Oktar qurbanlarından DƏHŞƏTLİ ETİRAF: Azyaşlı qızlar vəhşicəsinə döyülüb, zorlandılar və... » EMTV.az
19 iy 13:13Oxunub: 452 |

Adnan Oktar qurbanlarından DƏHŞƏTLİ ETİRAF: Azyaşlı qızlar vəhşicəsinə döyülüb, zorlandılar və...

Adnan Oktar qurbanlarından DƏHŞƏTLİ ETİRAF: Azyaşlı qızlar vəhşicəsinə döyülüb, zorlandılar və...
Bir müddət öncə həbs edilən Adnan Oktarla bağlı açılan cinayət işində təşkilat qurbanlarının yeni ifadələri açıqlanıb.

Türkiyə mətbuatı xəbər verir ki, qurbanlardan G.Ç. 15 yaşında olarkən hazırda şübhəlilər arasında olan Kartal Gökhanla tanış olduğunu deyib. Bir müddət sonra o K.Gökanla emosional yaxınlıq yaşadıqlarını etiraf edib. Onun başına gələn dəhşət bundan sonra baş verib. Belə ki, G.Ç bir müddət sonra təşkilat üzvlərinin onu zorladığını açıqlayıb.

G.Ç. bu zaman fotolarının çəkildiyini və bir müddət sonra onlarla mübarizə apara bilmədiyini, Adnan Oktarla tanış edildiyini deyib. Zərərçəkmiş bildirib ki, təşkilat üzvləri ilə cinsi münasibətdə olanda A.Oktar onları izləyib və təcəvüzkarlara göstəriş verib. Qrup şəkilində cinsi əlaqəyə girmələri üçün əmr verilib. Hətta iş o yerə çatıb ki, A.Oktar da qıza təcavüz edib.

Şikayətçi Ebru A. ifadəsində qrupdan ayrılandan sonra kompüterinə təşkilat üzvlərindən Serap Akıncıoğlu tərəfindən izləmə proqramı yükləndiyini açıqlayıb.

Şikayətçi Mehmət Emin K. ifadəsində bildirib ki, 5 iyul hadisələrindən sonra A.Oktar bəzi şəxsləri rəhbəri olduğu televiziyaya çağıraraq Mehmət Eminə məxsus bütün var-dövləti Mert Sucu adlı şəxsin adına keçirməyi tələb edib.

Şikayətçi Ebru A. ifadəsində deyib ki, 1992-93-cü illərdə A.Oktar bəzi evliliklərin şirk olduğunu və hər kəsin onunla evlənməsini tələb edib. Onunla evlənmək üçün qızlar tapmaqdan ötəri yaraşıqlı oğlanlarını təlimatlandırıb.

Uşaq yaşda cinsi istismara məruz qalanlardan S.M. isə Adnan Oktar haqqında bunları deyib:


"Hələ 8-9 yaşlarınaykən anamın "mehdi" olaraq qəbul etdiyi Adnan Oktar ilə tanış oldum. Adnan Oktar 9 yaşında olmağıma baxmayaraq mənə hər zaman dekolteli paltarlar geyinməyimi tələb edirdi. Makiyaj etdirib, qarşısına oturdurdu. Bu azmış kimi qıçlarımın görünməsini tələb edirdi.

Davamlı əlimə və müxtəlif yerlərimə sığal çəkirdi. Adnan Oktar mənə "Məni istəyirsən? Mənim olacaqsan. Məni sevirsənmi? 13 yaşına gəldiyin zaman evlənəcəyik"
deyirdi.

Hətta cinsi təcavüzə məruz qalan bəzi qadınların Adnan Oktar tərəfindən vəhşicəsinə döyüldüyü və alçaldıldığı da deyilib.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 1813
XƏBƏR LENTİ

Reklam
Məzənnə