SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rusiya və Əsəd rejimi Suriyadakı İran ordusunu vurur – Dera və Kuneytra əyalətlərində İran əsgərlərinə qarşı əməliyyat başladılıb

18-07-2018, 14:00 | Oxunub: 8 659 |

Rusiya və Əsəd rejimi Suriyadakı İran ordusunu vurur – Dera və Kuneytra əyalətlərində İran əsgərlərinə qarşı əməliyyat başladılıb
Helsinkidə reallaşan Donald Tramp Vladimir Putinin görüşün nəticələri özünü elə də gözlətmədi.

İki liderin görüşün yekunu ilə bağlı verdikləri bəyanatlarda daha çox Suriya və Şiamli Koreya məsləsninə diqqət ayırdıqlarını dilə gətirdilər. Putinlə görüş ərəfəsində Tramp daha çox diqqətini Suriya münaqişəsinin həllinə və İranın bölgədən çıxarılmasına yönələcəyini bəyan etmişdi. Belə ki, Tramp Moskvanın İranın Yaxın Şərq və Suriyadan çıxaracağına dəstək verəcəyi təqdirdə Əsəd rejiminin mövqeyinin möhkəmlənməsinə şərait yaradacağını bəyan etmişdi.


Məhz elə bundan sonra “Böyük yeddilər”in (G7) sammiti öncəsi Trampın yenidən “Böyük səkkiz”liyə qayıtması və Rusiya ilə əməkdaşlıq məsələləri gündəmə gəlməsi təsadüfi hesab edilmir. Elə Trampın Putinlə Helsinki görüşünün yekununda onun barəsində xoş ifadələr səsləndirməsini bu qəbildən hesab etmək olar. Tərəflər arasında əldə edilən razılığa əsasən Rusiya İran qüvvlərini Suriyadan çıxarılmasına dəstək verir və qarşı tərəf isə Rusiyaya qarşı snaksiyaları müəyyən qədər yumşaldır. Plana əsasən Rusiya Suriyanın İsrail və İordaniya ilə sərhədindəki Dera və Kuneytra vilayətlərində İran qüvvəlrinin sıxışdırılıb çıxarılmasına nail olmaqla 80 km-lik bir təhlükəsiz bufer zona yaradılmasına çalışır.

Reutersin yazdığına görə, Tramp-Putin görüşü başlamazdan bir neçə gün öncə Rusiya dəstəkli Əsəd qoşunları İsraillə sərhəd Dera və Kuneytra əyalətində hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlar bu gün də davam etməkdədir. Rusiya Əsəd rejiminə havadan dəstək verir. Onu da qeyd edək ki, hələ 2017-ci ilin noyabrın 8-də Ammanda ABŞ-Rusiya-İordaniya arasında Suriyada birgə həbri əməkdaşlıq barədə bəyannamə imzalanıb. Bəyannamənin tələblərinə əsasən, Rusiya İranın Suriyadan çıxarılmasına yardım edir. Bu razılaşmadan sonra Əsəd özünün ən etibarlı qvardiya qoşunun komandanı olan qardaşı Mahiri tutduğu vəzifədən azad edərək əvəzinə Rusiyaya yaxınlığı ilə seçilən bir şəxsi təyin edib. Mahir İranmeyilli sayıldığında o vəzifəsindən uzaqlaşdırılıb. Bu anlaşmanın davamı olaraq Rusiya mütəmadi olaraq İranın Suriyadan sıxışdırılıb çıxarılmasına çalışır. Elə bu yaxınlarda Türkiyənin “Yeni Şafak” qəzetində də rus qoşunlarının Dəməşqdə ən strateji müəssisə, obyekt və binalarda nəzarəti ələ keçirərək şiə milislərini oralardan uzaqlaşdırdığını yazmışdı. Bu proses geniş ictimaiyyətə açıqlanmasa da davam etməkdədir.

Bu baxımdan da Helsinkidə Tramp-Putin görüşünü tərəflərin həm hesabat xarakterli, həm də növbəti addımların necə atılması baxımından dəyərləndirmək olar. Doğrudur, Rusiyanın İrana qarşı koalisiyada tam yer alacağını düşünmək sadəlöhvlük olardı. Ancaq Rusiyanın üzləşdiyi çətinliklər fonunda Trampın müəyyən şərtlərinin qəbul etməsini gözləmək olar. Lakin İran tərəfi də Suriyadan getməyəcəyini israr edir. Trampla görüşdən öncə, İranın dini lideri Əli Xamneyinin beynəlxalq əlaqələr üzrə köməkçisi Əli Əkbər Vilayəti iyulun 13-də Moskvaya səfər edərək yaranmış vəziyyəti Putinlə müzakirə edib. Putinlə görüşün yekunu olaraq Əli Əkbər Vilayəti İran hərbçilərinin Suriyadan ancaq Bəşər Əsədin istəyi olunca çıxa biləcəyini açıqlayıb. (trend)

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR