Sabiq prezidentin qardaşı oğlu indi də adam oğurluğunda ittiham olunur » EMTV.az
17 iy 15:55Oxunub: 516 |

Sabiq prezidentin qardaşı oğlu indi də adam oğurluğunda ittiham olunur

Sabiq prezidentin qardaşı oğlu indi də adam oğurluğunda ittiham olunur
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan daha bir ağır cinayətdə – adam oğurluğunda ittiham olunur. Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti xəbər yayıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, o, 2017-ci ildə Yerevanda gecə klubu açmaq istəyən sahibkarı fikrindən vaz keçirmək üçün ona qarşı zor tətbiq edib, dəfələrlə döyüb, sonra yük maşınlarına xidmət üçün nəzərdə tutulmuş qaraja gətirib. Və burada onu döyərək bir müddət saxladıqdan sonra sahibkar bu fikrindən vaz keçib.

Qeyd edək ki, daha öncə N.Sarkisyan qanunsuz silah saxlanması, narkotik cinayəti və dələduzluqda ittiham olunaraq axtarışa verilib.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 1813
XƏBƏR LENTİ

Reklam
Məzənnə