“Ronaldo İtaliyada təkbaşına qələbə qazana bilməyəcək” » EMTV.az
17 iy 15:16Oxunub: 437 |

“Ronaldo İtaliyada təkbaşına qələbə qazana bilməyəcək”

“Ronaldo İtaliyada təkbaşına qələbə qazana bilməyəcək”
"Napoli"nin hücumçusu Lorentso İnsinye Kriştianu Ronaldunun "Real"ı "Yuventus"a dəyişməsinə münasibət bildirib.

Emtv.az apasport.az -a istinadən məlumatına görə, o, portuqaliyalı ulduzun İtaliyada fərdi oyunu hesabına uğur qazanmasının çətin olduğunu vurğulayıb.

"Ronaldu? Onu İtaliya A Seriyasında görməkdən məmnunam. Ancaq onun liqaya adaptasiya prosesini izləmək mənim üçün maraqlıdı. Burdakı oyunlarda təkbaşına qələbə qazana bilməyəcək. İtaliyada çox güclü müdafiə futbolu oynanılır. "Yuventus"la oyunlarda özünü fenomenal səviyyədə göstərməsi bu həqiqəti dəyişdirmir" - deyə, İnsinye bildirib.

İtaliyalı futbolçunun sözlərinə görə, Messi onun futbol zövqünə daha çox xitab edir: "Messi, onun oyun tərzi mənim daha çox xoşuma gəlir. Ancaq Kriştianunun istedadı da müzakirəyə qapalıdır. Bir futbolçunun beş "Qızıl top" qazanması hər şeydən xəbər verir".

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 1813
XƏBƏR LENTİ

Reklam
Məzənnə