SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“MÜNASİBƏTLƏRİMİZ HEÇ VAXT BU QƏDƏR PİS OLMAYIB” – Prezidentlərin başlıca bəyanatı…

17-07-2018, 15:13 | Oxunub: 4 197 |

“MÜNASİBƏTLƏRİMİZ HEÇ VAXT BU QƏDƏR PİS OLMAYIB” – Prezidentlərin başlıca bəyanatı…
Helsinki sammitindən sonra Rusiya və Amerika Birləşmiş Şataları (ABŞ) prezidentləri keçirdikləri birgə mətbuat konfransında xarici-siyasi məsələləri – Suriyanı, Ukraynanı və silahlar üzərində nəzarəti müzakirə etdiklərini bildiriblər. Təmas nöqtələri, fikir ayrılıqlarının tənzimlnməsinin variantlarını – arayıblar və ümumilikdə, sammitdən məmnun qalıblar.

Rusiyanın seçkilərə mudaxiləsi

Putin: «Mən, tərkar etməli oldum ki, artıq dəfələrlə demişəm, o cümlədən, prezidentlə şəxsi görüşlərimdə demişəm: Rusiya dövləti heç vaxt Amerikanın daxili işlərinə qarışmayıb və qarışmağa hazırlaşmır, o cümlədən, seçki proseslərinə…».

Tramp: «Mən, öz kəşfiyyatıma inanıram və demək istəyirəm ki, prezident Putin bu günmüdaxiə ittihamını israrla inkar etdi. Həm də gözəl təklif irəli sürdü. O dedi ki, bu iş üzərində ABŞ-da işləyən insanlar seçkilərə müdaxilə məsələsində həmin 12 şübhəli şəxsin müstəntiqləri ilə işləməlidirlər».

Putin: «Bəli, mən ABŞ-da prezident seçkilərində Trampın qalib gəlməsini istəmişəm».

Suriya məsələsi

Putin: «Bu ölkədə sülhün və həmrəyliyin bərqərar olması məsələsinin həlli birgə işləməyin uğurlu nümunəsi ola bilərdi… Rusiya və ABŞ «humanitar böhranı aşmaq məsələsində qarşılıqlı fəaliyyəti təşkil etməlidir… Terrorçuların tamamilə darmadağın edilməsindən sonra, Suriyanın cənub-qərbində, necə deyərlər, «cənub təhlükəsizlik zonasında»kı Qolan yüksəkliklərində vəziyyət, İsrail və Suriya ordularını ayıran xətti müəyyən edən 1974-cü il sazişinə tam uyğun hala gətirilməlidir».

Tramp: «Bizim hərbçilər yaxşı əməkdaşlıq edirlər – öz siyasi liderlərindən də yaxşı – Suriyada və digər yerlərdə fəaliyyətlərini yaxşı əlaqələndirirlər. İsrail üçün təhlükəsizliyin yaradılması – Putinlə biz bunu görmək istərdik».

Ukrayna məsələsi

Putin: «Rusiya bu tranziti (Ukraynadan keçməklə) saxlamağa hazırdır. Biz, gələn il vaxtı bitən tranzit kontraktını uzatmağa hazırıq. Ancaq «Qazprom» və «Naftqaz» arasındakı təsərrüffat mübahisəsinin Stokholm Arbitraj Məhkəməsində tənzimlənəcəyi təqdirdə».

Putin: «Ukrayna daxilindəki böhranın müzakirəsi zamanı Minsk razılaşmasının vicdanla yerinə yetirilməsinin vacibliyinə diqqət yetirdik. ABŞ bunu qətiyyətlə tələb edə və Ukrayna rəhbərliyini bu işə kökləyə bilərdi».

Tramp: «Boru kəməri barədə («Şimal axını-2») danışarkən, biz, rəqabət aparacağıq. Mən əminəm ki, bu, Almaniyanın maraqlarına uyğundur. ABŞ artıq neft və qaz hasilatı sahəsində ən nəhəng dövlətir. Biz, sıxılmış təbii qaz (STQ) satırıq və boru kəməri ilə rəqabət aparmalıyıq».

Silahlardan imtina

Putin: «Nüvə nəhəngi olaraq, biz, beynəlxalq təhlükəsizlik məsələlərində xüsusi məsuliyyət daşıyırıq. Rusiya, strateji sabitlik barədə sənədləri, o gümlədən, «SNB-2» və kütləvi qırğın silahlarının yayılmaması barədə müqavilələri ABŞ-a təqdim edib».

İkitərəfli müasibətlər

Tramp: «Bizim münasibətlərimiz heç vaxt indiki qədər pis olmayıb. Ancaq təxminən, 4 saat bundan əvvəl vəziyyət dəyişdi. Mən, gerçəkdən, buna inanıram. Mən, hesab edirəm ki, hər iki tərəf münasibətlərin pisləşməsində günahkardır. Hesab edirəm ki, ABŞ özünü axmaqcasına aparıb. Biz, özümüzü axmaq aparmışıq. Doğrusu, biz bu görüşü çoxdan təşkil etməliydik».

Putin: «Biz, variantlar axtarırıq ki, iki ölkə arasında münasibətləri necə yaxınlaşdıraq, işimizi necə konstruktiv edək. Biz, hansısa bir daxili-siyasi qüvvələrin ötəri siyasi maraqlarına söykənməməliyik, faktlara əsaslanmalıyıq».

Putin: «Kimə inanmaq, kimə inanmamaq və ya ümumiyyətlə, inanmaqmı? Heç kimə inanmaq olmaz. Siz, haradan bilirsiniz ki, prezident Tramp mənə etibar edir, mən isə ona tam şəkildə inanıram? O, ABŞ-ın maraqlarını qoruyur, mən isə Rusiya Federasiyasının maraqlarını. Bizim üst-üstə düşən maraqlarımız var və biz, təmas nöqtələri axtarırıq. Bizim suallarımız var ki, onlar üzrə hələlik kənarlaşırıq və biz, bu kənaplaşmanı «barışdırmaq» üçün variantlar arayırıq».

Putinlə Trampın görüşü nəzərdə tutulmuş vaxtdan 40 dəqiqə artıq çəkib.

«Bütbvlükdə, mən ilk tammiqyaslı görüşdən razıyam» - deyə, Putin bildirib. Bununla belə, görüşdə «bütün uçqunları təmizləmək» mümkün olmayıb.

Drnald Tramp da öz növbəsində, görüşün təşkilatçısına – Finlandiyaya təşəkkür edib və DÇ-2018-in uğuruna görə, Putini təkrar olaraq təbrik edib.

Mətbuat konfransının gedişində Putin DÇ-2018-in rəsmi topunu Trampa hədiyyə edib (futbol üzrə DÇ-2026 ABŞ-da keçiriləcək).


«Mən, hesab edirəm ki, digər dövlətlərin liderləri ilə görüşlər yaxşıdır. Bundan heç bir pis nəticə çıxmaz. Amma ola bilər ki, nə isə yaxşı bir nəticə əldə olunsun» - deyə, Helsinki sammitinə uçmazdan əvvəl ABŞ prezidenti bəyan edib. (azpolitika.info)

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR