İngiltərə klubundan "Qalatasaray"ın qapıçısına 10 milyonluq təklif » EMTV.az
17 iy 14:34Oxunub: 487 |

İngiltərə klubundan "Qalatasaray"ın qapıçısına 10 milyonluq təklif

İngiltərə klubundan "Qalatasaray"ın qapıçısına 10 milyonluq təklif
İngiltərənin Premyer Liqa klubu "Qalatasaray”ın qapıçısını transfer etmək istəyir.

Türkiyə mətbuatı xəbər verir ki, adı açıqlanmayan İngiltərə klubu "cim-bom”un uruqvaylı qolkiperi Fernando Muslera üçün rəsmi təklif göndərib. Maddi cəhətdən problemləri olan "Qalatasaray” oyunçunu satmağa isti yanaşır. Musleranın da İngiltərəyə getmək istədiyi bildirilir. Futbolçu üçün 10 milyon avro təklif edilib. Lakin "sarı-qırmızılar” qolkiper üçün 13 milyon avro tələb edir.

Uruqvay millisinin də formasını geyinən 32 yaşlı qapıçı, DÇ-2018-in 1/4 final mərhələsində Fransaya qarşı keçirdikləri oyunda etdiyi səhvlərlə yadda qalmışdı.

"Qalatasaray” Musleranın ayrılacağı təqdirdə, "çərçivə”yə "Bursaspor”dan Harun Təkini transfer edəcək.

Muslera 2011-ci ildən "Qalatasaray”ın şərəfini qoruyur.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyinin təşkilatçılığı ilə "EsmaMedia TV" İnternet kanalında Azərbaycan Mətbuatının yaranmasının 143-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR
Oxunub: 1327
XƏBƏR LENTİ

Reklam
Məzənnə