SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ronaldo "Yuventus"u seçməsinin səbəbini açıqlayıb

17-07-2018, 14:04 | Oxunub: 8 925 |

Ronaldo "Yuventus"u seçməsinin səbəbini açıqlayıb
İtaliyanın Turin şəhərində rəsmən təqdim olunan Kriştianu Ronaldu "Yuventus"u seçməsinin səbəbini açıqlayıb.

Emtv.az xəbər verir ki, portuqaliyalı hücumçu "Qoca Sinyora"nı dünyanın ən yaxşı klublarından biri adlandırıb.

"Dostlarım və komanda yoldaşlarım bu klubun mənə uyğun olduğunu çoxdan deyirdilər. Qərarı asanlıqla qəbul etdim. Axı İtaliyanın ən böyük klubunu seçmişəm. Əlbəttə, Çempionlar Liqasının ilk 1/4 final matçı zamanı Turində alqışlanmağım xatirimdədir. Oyunumun belə qiymətləndirilməsi gözəl hissdir. Ümidvaram ki, fanatların bu diqqətinin qarşılığını verə biləcəyəm. Bu gün səhər hava limanına gələn bütün azarkeşlərə də təşəkkürümü bildirirəm. "Yuventus" əla məşqçi heyəti və rəhbərliyə malik klubdur. Bu amil də qərarımda rol oynadı".

Ronaldu Çempionlar Liqası, İtaliya çempionluğu və digər mükafatları qazanmaq üçün vuruşacaqlarını dilə gətirib: "Başa düşürəm ki, rəqabət böyük olacaq. Lakin biz soyuqqanlılığımızı və konsentrasiyamızı qorumalıyıq. Çünki Çempionlar Liqasını qazanmaq asan deyil. Ümidvaram ki, yeni komandama köməyim dəyəcək. Əvvəllər "Yuventus" qələbənin bir addımlığında olub. Lakin son addım çatmayıb. Hətta finala çıxırsansa belə, bu, qələbə qazanacağın demək deyil. Ümidvaram ki, komandama uğur gətirəcəyəm".

Təcrübəli futbolçu deyib ki, 2017-2018 mövsümündə Çempionlar Liqasının qalibi olduqdan sonra "Real Madrid"dəki gələcəyi ilə bağlı açıqlama verərkən, "Yuventus"a keçəcəyini bilmirmiş:

"Mənim yaşda oyunçular adətən Qətərə və ya Çinə gedirlər. Yuventus rəhbərliyinə minnətdaram ki, böyük klubda oynamağa davam edəcəyəm. Onlar mənim barəmdə düşünür, mənə inanırdılar. Hazırda fiziki, emosional və psixoloji baxımdan yaxşı vəziyyətdəyəm. Burada olmaqdan qürur duyuram".

Oynamaqdan zövq aldığını deyən Ronaldu "Düşünmürəm ki, futbolda daha nəyəsə nail ola bilərəm. Hələlik kifayət qədər gəncəm. Rəqabətdən xoşum gəlir. Bunu hər yerdə - "Sporting"də də, "Mançester Yunayted"də də, "Real Madrid"də də sevmişəm, indi də Yuventus-da davam etdirəcəyəm. Futbol oynamağa yenicə başlayanda bu qədər mükafatı arzulaya da bilməzdim" söyləyib.

33 yaşlı forvard "Real Madrid"i tərk etməsindən təsirlənmədiyini də dilə gətirib:

"Bu klubda işimiz əla idi. Madriddə 9 gözəl il keçirdim. Lakin indi həyatımda yeni dövr başlanır. "Real Madrid" azarkeşlərinə ürəkdən minnətdaram. Artıq yeni məqsədlərə köklənmək lazımdır. Yüksək səviyyəli oyunçu olduğumu sübut etməyə çalışacağam. Səylə çalışmaq niyyətindəyəm, çox ambisiyalıyam".

Ronaldu "Yuventus"la tarix yazmaq istədiyini vurğulayıb:

"Çətin tapşırıqlar xoşuma gəlir. Hər şeyin yaxşı alınacağına ümidvaram. A Seriyasında oynamağın çətin olduğunu anlayıram. Taktiki nüanslar da vacibdir. Lakin yeni nə iləsə üz-üzə qalmaqdan xoşum gəlir. Çətin olsa da, karyeramda əvvəllər də belə sınaqlar olub. Oturub əvvəlki uğurlarla yaşamaq mənlik deyil. İrəliyə, yeni qələbələrə doğru getmək istəyir, bunu bacaracağıma inanıram. Komanda yoldaşlarıma da inanıram".

Kriştianu Ronaldu "Yuventus"la iyulun 10-da 4 illik müqavilə bağlayıb. "Real Madrid" bu transferdən 112 milyon avro qazanacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR