Gədəbəydə 17 yaşlı qardaşını bıçaqlayan bacı saxlanıldı » EMTV.az
17 iy 12:55Oxunub: 503 |

Gədəbəydə 17 yaşlı qardaşını bıçaqlayan bacı saxlanıldı

Gədəbəydə 17 yaşlı qardaşını bıçaqlayan bacı saxlanıldı
Gədəbəy rayonunda 17 yaşlı qardaşını bıçaqlayaraq qətlə yetirən 20 yaşlı qız saxlanılıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, rayonun Slavyanka kənd sakini, 1998-ci il təvəllüdlü Sevinc Sübhan qızı Alıyeva qardaşı 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinərək Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, S.Alıyevanın valideynləri hadisənin ehtiyyatsızlıqdan baş verdiyini bildiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***

Gədəbəydə 17 yaşlı oğlan bıçaqlanaraq ölüb.

Emtv.az daha sonra qeyd edir ki, hadisə rayonun Slavyanka kəndində baş verib.


Kənd sakini, 2001-ci il təvəllüdlü Alıyev Samir Sübhan oğlu boğazından bıçaqlanaraq ölüb. Yaxınları bədbəxt hadisə zamanı öldüyünü bildirir. Belə ki, öz bacısı 1998-ci il təvəllüdlü Alıyeva Sevinc Sübhan qızı ilə zarafatlaşan zaman bacısının əlində olan bıçaq onun boğazına girərək şah damarı kəsib.

Hadisə ilə bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 1813
XƏBƏR LENTİ

Reklam
Məzənnə