SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Biznesdən vəzifəyə gedən yol - Azərbaycanın “biznesmen” məmurları

16-07-2018, 15:50 | Oxunub: 7 137 |

Biznesdən vəzifəyə gedən yol - Azərbaycanın “biznesmen” məmurları
Bu gün yüksək vəzifə tutan, ölkənin idarə olunmasında yaxından iştirak edən, hər biri müxtəlif sahəyə məsul edən məmurların arasında vaxtilə digər sahələrdə çalışmış şəxslər də az deyil.

Emtv.az-ın məlumatına görə, azxəbər.com vəzifə təyinatına qədər rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş yüksək vəzifəli məmurlarla bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki:

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət idarəçiliyinə gələnə qədər bizneslə məşğul olub və "Gilan” şirkətinə rəhbərlik edib. Nazir özü mətbuat konfransı zamanı bu iddiaları təsdiq edib və bildirib ki, bu şirkət Orta Asiya dövlətlərində, əsasən Özbəkistanda istehsal və satışla məşğul olub.

İqtisadiyyat naziri Şahin Mustafayev 1991-1992-ci illərdə "Spektr” şirkətinin sahiblərindən olub və şirkətdə maliyyə-mühasibat işlərinin həyata keçirilməsinə rəhbərlik edib.

Təhsil naziri Ceyhun Bayramov 2002-2013-cü illərdə isə "OMNİ” hüquq şirkətinin direktoru olub. Vəkillik xidməti ilə məşğul olan şirkət bu sahədə aparıcı şirkətlərdən biri olub.

Gənclər və İdman naziri Azad Rəhimov 1994-1998-ci illərdə "Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-2006-cı illərdə "İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 2006-2009-cu illərdə "Paşa İnşaat” MMC-nin direktoru, 2007-2009-cu illərdə "Bakı Dəmir-Beton-8” ASC-də baş direktor vəzifələrində çalışıb.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2004-2005-ci illərdə "Nəbz” Tibb mərkəzinə, 2008-2016-cı illərdə isə "Medeks” MMC-yə rəhbərlik edib.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 2003-2012-ci illər ərzində özünün təsis etdiyi "Euro style” LTD şirkətinin rəhbəri olub. Şirkət bahalı avtomobillərin ölkəyə idxal və satışını həyata keçirir.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti məşğul olub. İddialara görə, şirkət taxıl məhsullarının idxal və satışını həyata keçirib.

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 1994-2000-ci illərdə "Xal-xal" kommersiya şirkətinin direktoru vəzifəsində işləyib. Şirkət əsasən idxal və satışla məşğul olub.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 1997-1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999-2005-ci illərdə isə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib.

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov "Bərpaçı-A" MMC-nin prezidenti olub. Bu şirkətin təsisçisi olan Ş.Alxasov idarəçiliyə gələnə qədər sahibkarlıq faəliyyəti ilə məşğul olub.

Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov 1992-2003-cü illərdə biznes fəaliyyətilə məşğul olub. Bu müddətdə "Fədai” kooperativinə və "Aslan R.Q” firmasına rəhbərlik edib.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR