Eldar Əzizovun Bakı meriyasına gəlişi TƏSDİQLƏNDİ - Səbailə kim gətirilir? » EMTV.az
16 iy 15:46Oxunub: 448 |

Eldar Əzizovun Bakı meriyasına gəlişi TƏSDİQLƏNDİ - Səbailə kim gətirilir?

Eldar Əzizovun Bakı meriyasına gəlişi TƏSDİQLƏNDİ - Səbailə kim gətirilir?
Az əvvəl xəbər yayıldı ki, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib.

Məlumata görə, o Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E. Əzizov həm də şəhər meri səlahiyyətini icra edəcək.

Qeyd edək ki, E. Əzizov bundan əvvəl Gəncə, Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb. Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov isə baş nazirin müqvini təyin olunduğu üçün bir neçə aydır şəhər rəhbəri vəzifəsi boş qalıb.

Emtv.az-ın məlumatına görə, bununla bağlı dia.az-a Səbail rayon icra hakimiyyətindən bildirdilər ki, xəbər həqiqəti əks etdirir və yaxın vaxtlarda Eldar Əzizov Bakı ŞİH-nin işçilərinə təqdim olunacaq.

Həmçinin Eldar Əzizov Bakı meriyasında rəhbər kimi faəliyyətə başlayacaq: "Hələlik əvəzedicidir, yaxın vaxtlarda rəsmən başçı kimi təsdiqlənəcək".

Səbail rayonuna isə kimin təyin olunacağı haqda hansısa məlumat yoxdur.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 1813
XƏBƏR LENTİ

Reklam
Məzənnə