SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Siqaret biznesi qurmaq adı ilə dələduzluq etdi — MƏHKƏMƏ

16-07-2018, 15:43 | Oxunub: 7 521 |

Siqaret biznesi qurmaq adı ilə dələduzluq etdi — MƏHKƏMƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Emtv.az-ın lent.az-a istinadən xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Daha sonra dövlət ittihamçısı Sabir Abdinov çıxış edib.

Prokuror çıxışında onun 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyulun 20-nə təyin edilib.


İttiham aktına əsasən, S.Abbasov Azər Cəlilovdan siqaret alveri etmək adı ilə 112 min manat pul alıb. Bir neçə ay qazanc versə də, sonradan vədinə əməl etməyib.
Digər zərərçəkmişlər Xalidə Quliyeva və Ayrən Quliyeva da eyni məqsədlə S.Abbasova pul veriblər.

Elan olunmuş ittiham üzrə S.Abbasov özünü qismən təqsirli bilib. O, zərərçəkmişlərdən Xalidə Quliyeva və Aytən Quliyevadan aldığı pulları təsdiqləyib. Amma Azər Cəlilovdan qeyd edilən qədər məbləğdə pul almadığını deyib.


O, söyləyib ki, zərərçəkmiş A. Quliyeva ilə bir məktəbdə təhsil alıb, münasibətləri də oradan yaranıb.

Məhkəmədə məlum olub ki, S.Abbasov zərərçəkmiş A.Quliyeva ilə ailə həyatı qurmaq istəyib.

Ailəli olan S.Abbasov A.Quliyevaya vəd verib ki, boşandıqdan sonra onunla evlənəcək. Hətta bu məqsədlə A.Quliyevanın anası ilə də tanış olub.
S.Abbasov ifadəsində deyib ki, A.Quliyevadan iş qurmaq adı ilə pul alarkən onu aldatmayıb.


S.Abbasov Cinayət Məcələsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR