SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda "Əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində aktiv məşğulluq tədbirləri davam etdirilib

16-07-2018, 15:10 | Oxunub: 9 746 |

Naxçıvanda "Əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində aktiv məşğulluq tədbirləri davam etdirilib
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində cari ilin birinci yarısında aktiv məşğulluq tədbirləri davam etdirilib. Bu dövrdə 1315 işaxtaran işlə təmin olunub, 268 nəfər müvəqqəti və mövsümi işlərə göndərilib, 134 vətəndaş müxtəlif peşələr üzrə kurslara cəlb edilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, ünvanlı sosial yardımın təyini üçün rayonlarda əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən 42 vətəndaş işlə təmin olunub, ailə əməyinə əsaslanmaqla uzun müddət ünvanlı dövlət sosial yardımı alan 63 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara verilib, 2 şəxsə fərdi xalçaçılıq fəaliyyəti üçün, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsindən azad olunan 1 şəxsə isə arı yeşiklərinin hazırlanması üçün avadanlıqlar və materiallar təqdim edilib. Kənd xidmət mərkəzlərinin kadr təminatı ilə bağlı verilmiş tapşırıqların icrasına uyğun xidmət mərkəzlərində fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində olan vakant yerlərdə 15 bərbər, 28 bərbər-manikürçü və 5 dərzi olmaqla, 48 nəfər işlə təmin olunub. Ötən dövrdə 264 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində, 10 nəfərə Ahıllar Evində sosial-məişət xidməti göstərilib, Əlillərin Bərpa Mərkəzində 136 şəxsin, Uşaq Bərpa Mərkəzində isə 150 uşağın müalicəsi təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsi istifadəyə verilib, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində, habelə Şərur və Ordubad rayonlarındakı bölmələrində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilib, maarifləndirici tədbirlər keçirilib, reabilitasiya təlimlərinə 187 uşaq cəlb olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR