SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ÖLKƏDƏ ELEKTRİK ENERJİSİ YENİDƏN KƏSİLDİ – Etibar Pirverdiyev təxribat olduğuna eyham vurdu + VİDEO (Yenilənib)

12-07-2018, 15:51 | Oxunub: 10 627 |

ÖLKƏDƏ ELEKTRİK ENERJİSİ YENİDƏN KƏSİLDİ – Etibar Pirverdiyev təxribat olduğuna eyham vurdu + VİDEO (Yenilənib)
“Azərenerji”nin rəhbəri yanğının eyni anda başlamasının suallar doğurduğunu deyib.

“Eyni zamanda Yevlaxda və Ağsuda elektrik xətlərinin altında yanğın başlayıb. Bu da çoxsaylı suallar doğurur. Nəyə görə birdən-birə iki yerdə? Biz Bakıya və Sumqayıta elektrik enerjisinin ötürülməsini dayandırmağa məcbur olduq. Hazırda yanğının aradan qaldırılması üzrə işlərin başa çatmasını gözləyirik”, - Emtv.az-ın məlumatına görə bunu virtualaz.org-a “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev deyib.

Onun sözlərinə görə, Mingəıçevir İEM-də heç bir problem yoxdur. Etibar Pirverdiyev açıq deməsə də, təxribat olduğuna eyham vurub.


Emtv.az azpolitika-ya istinadən xatırladır ki, Azərbaycanın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. Bu barədə REAL-a “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib.
Onun sözlərinə görə, Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu Bico kəndindən keçən hissəsində zəmilərdə naməlum səbəbdən yanğın baş verməsi nəticəsində təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrin elektrik enerjisi ilə təchizatı dayandırılıb.
Yəhya Babanlı bildirib ki, təhlükə aradan qalxdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.


Enerji fasiləsinin yaranması “Bakı Metropoliteni”nin işinə də təsir edib. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, saat 16:10-dan etibarən Bakı metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası – “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işləməyib.

“Lakin saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub. Hazırda elektrik enerjisinin kəsilməsi ilə əlaqədar Bakı Metropolitenində heç bir problem yoxdur”
ÖLKƏDƏ ELEKTRİK ENERJİSİ YENİDƏN KƏSİLDİ – Etibar Pirverdiyev təxribat olduğuna eyham vurdu + VİDEO (Yenilənib)
Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb. Bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib.

Onun sözlərinə görə, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb.

Əldə etdiyimiz məlumata görə, Bakının Nizami və Nərimanov rayonlarında, 20 Yanvar ərazisi, Yasamal rayonu, Zığ, Hövsan və Yeni Günəşli qəsəbəsi, Novxanı qsəbəsində işıqlar sönüb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakı ilə yanaşı digər şəhərlərdə də – Kürdəmir, Beyləqan və Xaçmaz – işıqsız qalıb.

Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası- “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işləmir və sərnişinləri qəbul etmir. Onun sözlərinə görə, bu gün saat 16:10 radələrində elektrik enerjisi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttində – “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları arasında qatarların hərəkəti mümkün olmayıb.

“”Yaşıl” və “Qırmızı” xətlərdə qatarlar normal qaydada işləyir. Bənövşəyi xəttin iki stansiyasında “Avtovağzal” və “Memar Əcəmi” stansiyası sərnişinlər üçün bağlanıb. Səbəb metroya gələn xətlərdə elektrik enerjisinin olmaması ilə bağlıdır. Tuneldə qatar qalmayıb. Saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub”, - deyə B.Məmmədov vurğulayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR