12 iy 14:48Oxunub: 307 |

Bakıda qadın rəfiqəsini kişilərin yanına saldı və...

Bakıda qadın rəfiqəsini kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Emtv.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Sabunçu rayon Məhkəməsində hakim Fəqan Əhmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Lalə Hüseynova Sabunçu rayon ərazisində yerləşən evlərdən birində əxlaqsızlıq yuvası təşkil edib. O, həmin yuvada yüngül həyat tərzi keçirən tanışı Sahibə Məmmədovanı (ad və soyad şərti verilib – red.) kişi müştərilərlə görüşdürüb.

Bunun müqabilində o, hər müştəridən 40 manat alıb.

Lalə Hüseynova intim xidmət göstərən Sahibə Məmmədovaya 10 manat verib, qalan pulu isə özünə götürüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Lalə Hüseynovanın əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.


İstintaq orqanı tərəfindən Lalə Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Növbəti proses iyulun 19-da davam edəcək.


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1377
XƏBƏR LENTİ

Reklam
Məzənnə