SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"Qalib olsaq, o, “Qızıl top"u qazanmalıdır” - Lovren

12-07-2018, 14:37 | Oxunub: 976 |

"Qalib olsaq, o, “Qızıl top"u qazanmalıdır” - Lovren
Xorvatiya millisinin müdafiəçisi Deyan Lovren dünya çempionatının yarımfinalında İngiltərə üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.

Emtv.az qol.az-a istinadən xəbər verir ki, futbolçu bunları deyib:

"Mənim üçün xüsusi hadisədir. İnsanlar çətin mövsüm keçirdiyimi deyirlər, ancaq mən bununla razılaşmıram. Mayda "Liverpool"un heyətində Çempionlar Liqasında final oynadım, indi isə milli komandanın heyətində dünya çempionatının finalındayam. İnsanlar dünyanın ən yaxşı müdafiəçilərindən biri olduğumu qəbul etməlidir".

Lovren komanda yoldaşı Luka Modriçin "Qızıl top"u qazanmağa layiq olduğunu qeyd edib: "Modriç dünyanın ən yaxşı yarımmüdafiəçisidir. Əgər dünya çempionatının qalibi olsaq, o, "Qızıl top" mükafatını qazanmalıdır".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR