SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Siyavuş Novruzov: Gəncədə baş verən hadisələr dövlətçilik əleyhinə törədilmiş cinayətdir

11-07-2018, 19:20 | Oxunub: 10 382 |

Siyavuş Novruzov: Gəncədə baş verən hadisələr dövlətçilik əleyhinə törədilmiş cinayətdir

Gəncədə baş verən hadisələr dövlətçilik əleyhinə törədilmiş cinayətdir.

Emtv.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib.

Millət vəkili bildirib ki, bu cinayəti törədənlər layiqli cəzalarını almalıdır: “Azərbaycan kifayət qədər oturuşmuş bir dövlətdir.

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan bu dövlət möhkəm əsaslar üzərində qurulub və bu dövləti heç kim sarsılda bilməz. Bu cür hərəkətlər bizi yolumuzdan döndərə bilməz. Cinayətkarlar cəzalandırılmalıdır. Hüquq-mühafizə orqanları bu məsələni ciddi araşdıraraq kökünü tapmalıdır”.

S.Novruzov qeyd edib ki, məsələnin haradan qaynaqlandığı, hansı ölkədən tapşırıqların alındığı müəyyən edilməli və qarşısı dərhal alınmalıdır: “Mən komitə sədri kimi bəyan edirəm ki, istər Qurani-Kərimdə, istərsə də şəriətdə insan öldürmək qadağandır. Bunlar hamısı İslam dininə ziddir. Kim bunu din pərdəsi altında həyata keçirmək istəyirsə, o, səhv yoldadır və həmin şəxsin dinə ümumiyyətlə aidiyyəti yoxdur. Ümumilikdə, bütün müsəlmanlar bir-birinə qardaş deyirlər. Əgər biz bir-birimizi qardaş hesab ediriksə, qardaş qardaşı necə öldürə bilər? Bu, İslamın prinsipidir. Kim bu fundamental prinsipdən kənara çıxırsa, o, İslama deyil, xurafata xidmət edir. Onun törətdiyi əməl də həm müasir dövrün qanunları, həm də İslam hüququ ilə heç cür bəraət ala bilməz”.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR