SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Gəncədə polisləri qətlə yetirənlərdən biri öz anasınıda öldürüb

11-07-2018, 19:12 | Oxunub: 9 620 |

Gəncədə polisləri qətlə yetirənlərdən biri öz anasınıda öldürüb

Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışa verilən şəxslərlə bağlı bəzi təfərrüatlar bəlli olub.

Emtv.az xəbər verir ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda 1988-ci il təvəllüdlü Rəşad Məmmədəli oğlu Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib.

“Google” axtarış sistemində apardığımız kiçik araşdırma zamanı məlum olub ki. Rəşad Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə həbsdə olub.

Onuda qeyd edir ki, hələ bu barədə yerli mətbuat 17 iyul 2007-ci ildə yaydığı xəbərdə bildirir ki; “Gəncə şəhərində ailə məişət münaqişəsi zəminində qətl hadisəsi törədilib. Gəncə şəhər prokurorunun köməkçisi İbrahim Həsənovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, 19 yaşlı Rəşad Məmmədəli oğlu Böyükkişiyev öz anası bıçaqlayaraq öldürüb.

Onun sözlərinə görə, gecə saat 02:30 radələrində təqsirləndirilən Rəşad Böyükkişiyev öz yaşadığı Həsən Əliyev küçəsi, 1-ci döngə, ev 17-də 1966-cı il təvəllüdlü anası Flora Əhəd qızı Böyükkkişiyevanı bıçaqlayıb.

İ.Həsənov istintaq davam etdiyindən, hadisənin təfərrüatı barədə heç bir məlumat verməyib. Prokuror köməkçisi qeyd edib ki, Rəşad hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb”.

Həbs müddəti bitdikdən sonra Rəşad Böyükkişiyev Rusiya Federasiyasına gedib. Lakin orada da azadlıqda çox qala bilməyib. Həbsdən çıxdıqdan cəmi 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gəncədə polis zabitini qətlə yetirən digər şəxs – Fərrux Xəqani oğlu Qasımovun “Facebook” sosial şəbəkəsindəki paylaşımlarından görünür ki, o, şiə məzhəbli radikal dindardır. F.Qasımovun ən son paylaşımları ötən ilin oktyabrında göstərir. O, bir qrup saqqallı tanışları ilə çay süfrəsi ətrafında şəkil çəkdirib və fotonun şərh yerinə yazıb ki, “İnşallah Kərbəla yürüşünə hazırlığa çox az qaldı”.

F.Qasımovun digər video paylaşımında bir qrup dindar yürüş edir. Yürüşün önündə gedən maşına isə İran inqilabının lideri Xomeyninin şəkli vurulub.

F.Qasımovun paylaşdığı başqa videolarda Aşura mərasimlərindən kadrlar var. O, hətta ABŞ-da şiələrin Aşura mərasimindən də video
paylaşıb.

Sevin Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR