SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İrəvanla Kreml arasındakı çatlar dərinləşir – Erməni mediası Paşinyanın NATO sammitinə qatılmasından nələr yazdı?

11-07-2018, 14:30 | Oxunub: 9 292 |

İrəvanla Kreml arasındakı çatlar dərinləşir – Erməni mediası Paşinyanın NATO sammitinə qatılmasından nələr yazdı?
Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlişindən sonra İrəvanla Kreml arasında çatlar daha da dərinləşməyə başlayıb. Belə ki, Kreml Paşinyana bel bağlamır və onun elan etdiyi siyasi kursu, xüsusən də Qarabağ münaqişəsi ilə bağlı siyasətini bəyənmir.

İrəvan Kremlin Qarabağ münaqişəsinin həllində mərhələli həllini dəstəkləsə də, Paşinyan bu mövqeyi dəstəkləmir. Bu isə Kremli qıcıqlandırır. Hətta iyulun 6-da Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistanın Təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla görüşündə Qarabağ münaqişəsini müzakirə edir və orada bir daha Kremlin münaqişənin həllində mərhələli planına sadiq qaldığını vurğulayır. Bu məlumatı Ermənistanın yeni rəhbərliyi gizli saxlamağa cəhd etsə də, Rusiya Təhlükəsizlik Şurası bu görüş barədə məlumat yayır. Bu, bir daha Kreml Ermənistanın yeni hakimiyyətinə məxməti inqilab nəticəsində hakimiyyətə gələn siyasi qüvvə və bu hakimiyyətin əsas məqsədinin İrəvanın Kremlin siyasi təsir dairəsindən uzaqlaşacağını yaxşı anlayır.

Hətta Kreml yaxın gələcəkdə İrəvanın Rusiyanın Avrasiya İqtisadi İttifaqından, Kollektiv Təhlükısizlik Müqavilə Təşkilatından (KTMT) və digər layihələrindən uzaqlaşacağını görür. O baxımdan da Moskva İrəvanın son dövrlərdə Avropa İttifaqı ilə yaxınlaşmasından narahatlıq keçirir və bu əlaqələrin yaxınlaşmasına mane olmağa çalışır.

Moskva indiki vəziyyətdə Paşinyan hakimiyyətinə təsir edə bilməyəcəyi təqdirdə yaxın bir-iki ildə Gümrüdəki hərbi bazanın Ermənistandan çıxarılması məsələsinin gündəmə gələcəyini bilir. Yaxşı bilir ki, günün birində Ermənistan Gümrüdəki hərbi bazadan imtina edəck. Yəni Moskva İrəvanın artıq Kremlin vassalı və for-postu olmaq statusundan çıxamağa çalışır.

Lakin İrəvan onu da yaxşı anlayır ki, Rusiyanın təsir dairəsindən uzaqlaşamaq elə də asan olmayacaq və bu hansı nəticələrə gətirib çıxara bilər. İrəvan Kremlin Ermənistanda mövqelərini necə möhkəmləndirdiyini, hansı təsir rıçaqlarına malik olduğunu və ən əsası da Qarabağ məsələsindən məharətlə istifadə etdiyini yaxşı başa düşür.

İrəvan anlayır ki, Kreml Qarabağ münaqişəsindən yararlanaraq bölgədə siyasi, iqtisadi və hərbi iştirakını təmin edir. Kreml Qarabağ münaqişəsindən yararlanmaqla nəticədə bölgəni öz təsir dairəsində saxlamağa çalışır. Ona görə də Kreml Qarabağ münaqişəsinin həllində mərhələli həll planını və səlində həlli olmayan həll planını təklif edir. İrəvan Kremlin bu təklifini “Lavrov planı” adlandırır. Bu plan ATƏT Minsk Qrupu həmsədrlərinin Madrid prinsiplərindən fərqlənir.

Madrid prinsiplərindən fərqli olaraq, “Lavrov planı” na əsasən, Qarabağ ətrafındakı bəzi rayonlar işğaldan azad olunur və bölgəyə MDB və yaxud Kollektiv Təhlükısizlik Müqavilə Təşkilatının ( sülhməramlıları yerləşdirilir. Bu sülhməramlılar təkcə Dağlıq Qarabağ ətrafında deyil, eyni zamanda İranla sərhərdə də nəzarət edir. Bununla da “Lavrov planı” iki məsələni bir anda həl etmiş olur.


Necə deyərlər, Kreml bununla “bir güllə ilə iki dovşanı vurmaq” istəyir prinsipinə riayət etmək istəyir. Yəni Kreml bununla həm Cənubi Qafqazda mövqeyini möhkəmləndirməklə yanaşı, İran sərhəddinə nəzarəti ələ keçirməklə, geosiayasi mövqeyini daha da möhkəmlətmiş olur.

Odur ki, erməni mediası baş nazir Nikol Paşinyanın NATO sammitində iştirak etmək üçün Brüsselə səfər etməsini önəmli hesab edir. Erməni mediası Paşinyanın Brüssel səfərini Rusiyanın Ermənistana təhdid və şantajlarını neytrallaşdırılmasına xidmət edəcək səfər hesab edir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR