11 iy 14:06Oxunub: 282 |

"Real"dan gedən Ronaldo: "Məni başa düşmələrini xahiş edirəm"

"Real"dan gedən Ronaldo: "Məni başa düşmələrini xahiş edirəm"
"Yuventus”la 4 illik müqavilə bağlayan Kriştiano Ronaldo 9 il çıxış etdiyi "Real”ın azarkeşlərinə məktub ünvanlayıb.

Emtv.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo məktubunda azarkeşlərə minnətdarlıq edib:

"Real” və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Bu şəhərə, bu azarkeşlərə və bu kluba hədsiz dərəcədə minnətdaram. Burda aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm.

Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də, "Real” rəhbərliyindən məni satmalarını xahiş etdim. Bu, mənim qərarımdır və azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm.

Bu, möhtəşəm 9 il idi. Eyni zamanda çox ağır idi. Çünki "Real”da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam.

"Real” mənim və ailəmin ürəyini fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və "Santyaqo Bernabeu” daim mənimlə olacaq. 9 il əvvəl dediyim kimi, "Yaşasın Madrid!”


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1377
XƏBƏR LENTİ

Reklam
Məzənnə