11 iy 13:17Oxunub: 307 |

Sumqayıtda minik maşını ilə avtobus toqquşdu – Xəsarət alanlar var

Sumqayıtda minik maşını ilə avtobus toqquşdu – Xəsarət alanlar var

Sumqayıtda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alanlar var.

Emtv.az yerli mətbuata istinadən qeyd edir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Belə ki, Novxanı bağları istiqamətində hərəkətdə olan “VAZ 2107” markalı avtomobillə sərnişin avtobusu toqquşub. Nəticədə üç nəfər Sumqayıt şəhər sakinləri – 1949-cu il təvəllüdlü Nəbiyeva Zibəxanım Ağalı qızı, 1944-cü il təvəllüdlü Zahirova Məsumə Ağəli qızı və 1966-ci il təvəllüdlü Əliyava İlahə Zair qızı ağır xəsarət alıblar.

Yaralılar Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıblar. Onlardan Z.Nəbiyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Aysu Əliyeva
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1377
XƏBƏR LENTİ

Reklam
Məzənnə