10 iy 14:16Oxunub: 373 |

"Mercedes" dəmir maneəyə çırpıldı: 3 nəfər öldü

"Mercedes" dəmir maneəyə çırpıldı: 3 nəfər öldü
Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb.

Emtv.az-ın yerli KİV-ə istinadən xəbər verir ki, rayonun Balçılı kəndi ərazisində Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Zabil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücünün anası və 7 aylıq körpəsi hadisə yerində ölüb.

Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər, sürücünün arvadı və bacısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırlıb. Sürücü F.Aydınzadə xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

**

Bakı-Qazax avtomobil yolunda ağır qəza baş verib, ölənlər var. Göygöl rayonunun Quşqara kəndi ərazisində "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yolayrıcındakı dəmir maneəyə çırpılıb. Qəza zamanı bir qadın və bir uşaq ölüb. Bir kişi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Aysu Əliyeva,
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 923
XƏBƏR LENTİ

Reklam
Məzənnə