10 iy 14:11Oxunub: 208 |

Paşinyandan siyasi rəqibinə həbs planı: Köçəryanın tutulmasına zəmin hazırlanır

Paşinyandan siyasi rəqibinə həbs planı: Köçəryanın tutulmasına zəmin hazırlanır
Nikol Paşinyan əsas rəqibi kriminal oliqarx,”Qarabağ klanı”nın “xaç atası”, Ermənistanın sabiq prezidenti Robert Köçəryanı zərərsizləşdirmək üçün ciddi səylər göstərir. Hazırda Köçəryanın həbsinə zəmin hazırlamaq üçün baş nazir Nikol Paşinyan öz nəzarətində olan mediada ictimai rəyi formalaşdırmağa başlayıb. Paşinyan Köçəryanı 1 mart 2008-ci il hadisələrinə görə məsuliyyətə cəlb edib həbs etdirmək istəyir. Bunun üçün də Ermənistan Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci il hadisələri ilə bağlı açılan cinayət işini yeniləyib.

“1in.am” xəbər verir ki, xüsusi istintaq xidməti Robert Köçəryanın 1 mart hadisələrinə görə istintaqda ifadə vermək üçün göndəriş ünvanlayıb.

Köçəryanın hüquqi komandasının rəhbəri Sarkis Qriqoryan bildirib ki, Köçəryan göndəriş alsa da, o, Avropada olduğundan iyulun 25-dək istintaqa gəlib ifadə verə bilməyəcək. Belə bir vəziyyətdə Xüsusi istintaq xidmətinin hansı addım atacağı bəlli deyil.

1in.am-ın yazdığına görə, Robert Köçəryanın Ermənistana qayıdacağına və ümumiyyətlə, öz xoşuna gələcəyinə ümid yoxdur.

Portal Köçəryanla bağlı konkret faktın əldə olmadığını qeyd etsə də, bildirib ki, o, Ermənistanı məhz 1 mart 2008-ci il hadisələri ilə bağlı açılan cinayət işində dönüş yarandıqdan sonra tərk edib.


Sayt yazır ki, Ermənistanda inqilab hələlik siyasi hakimiyyətin yuxarı piramidasında qalib gəlib, lakin bu qələbəni bütün dövlət sisteminə aid etmək olmaz. Çünki kriminal oliqarxiya iki onillik ərzində, xüsusən də hüquq-mühafizə orqanlarında, orduda çox möhkəm oturuşmuş vəziyyətdədir. Onlardan xilas olmaq elə də asan məsələ deyil. Sayt yazır ki, əgər bu belə olmasaydı, o zaman barələrində cinayət işi açılan adamlar ölkədə olar və ya aradan çıxarılmazdı.

“Məsələn, sabiq müdafiə naziri Mikayıl Ayrapetyan barəsində iddia qaldırılır, bəlli olur ki, şəxs ölkədə deyil. Bu misal Robert Köçəryana da aiddir. Sabiq prezidentin qardaşı oğlu Narek Sərkisyan barəsində həbs qətimkan tədbiri seçilir, lakin bu adam artıq ölkədə deyil. Serj Sərkisyanın qardaşı Levonun şübhəli qismində saxlanılmasına çalışılsa da, 10 gündür ki, gizlənib. Bu məsələ hüquq-mühafizə orqanlarının diqqətində olmalı idi”, sayt belə yazır.

1in.am hesab edir ki, bu məsələlərdə siyasi problemlər mövcuddur: “Robert Köçəryan azadlıqda olması kriminal oliqarxiyanın seqmenti üçün müxtəlif maqnit rol oynayır. Erməni cəmiyyəti Köçəryanın maqnit rolunu oynamasına etiraz etmir, ancaq həbsxanada. İctimaiyyət bu kriminal oliqarxiyanın iki onillik ərzində törətdiyi cinayətlərin cəzasının cavabı olaraq həbsxanada görmək istəyir. Ona görə də Xüsusi istintaq xidməti Köçəryanın qısa zamanda Ermənistan gətirilməsi yollarını aramalıdır”.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1377
XƏBƏR LENTİ

Reklam
Məzənnə