SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ziya Məmmədov getdi, problem davam edir – Milyonluq maxinasiya

9-07-2018, 14:58 | Oxunub: 9 768 |

Ziya Məmmədov getdi, problem davam edir – Milyonluq maxinasiya
Bakı Beynəlxalq Avtovağzalı bilet qiymətləri ilə bağlı ənəsinə sadiq qalmaqda davam edir. İnsanların çoxu bundan xəbərsizdir, məlumatlı olanlar isə azlıq təşkil edir.

Emtv.az-ın minval.info-ya istinadən xəbərinə görə, ənənə ondan ibarətdir ki, sərnişin daşıyan avtobus sürücüləri yola çıxmaq istəyən hər bir kəsdən istədikləri məbləğdə gediş haqqı tələb edir. Əslində, bir qayda olaraq sərnişinlər avtovağzalın kassasına ödəniş etməklə səyahətə çıxa bilərlər. Məsələn, bəzi işbaz sürücülər avtobusa yaxınlaşan insanlardan 4 manat əvəzinə 7 manat istəyir. Əksər sərnişinlər bununla razılaşır, hətta vəziyyətdən xəbərdar olanlar isə mübahisə və gərginlik yaşamaması üçün yazılmamış qanunlara riayət edir. Qarşısında beynəlxalq sözü olmasına baxmayaraq avtovağzal elə “azərbaycansayağı” fəaliyyət göstərir.

Bu günlərdə Leyla adlı sosial şəbəkə istifadəçisinin işbazlarla mübarizə aparıb istəyinə çatması məsələni yenidən gündəmə gətirib. Belə ki, analoji hadisə onun da başına gəlib. Amma Leyla xanım sürücü ilə mübahisə etməyə ərinməyib, eyni zamanda kassirə də narazılığını bildirib və müvafiq dövlət qurumlarına bu barədə məlumat verəcəyini deyib. O, bütün bu səyləri nəticəsiz qalmayıb və qayda-qanunla müəyyən olunan məbləği ödəməklə avtobusda özünə yer ayıra bilib. O cümlədən digər sərnişinlərin də “gözünü açmağı” bacarıb. Amma onlar bayaq qeyd edildiyi kimi mübahisəyə çox da meyl göstərməyiblər. Beləliklə, səsini çıxarıb narazılıq bildirəndən və onun dostlarından başqa heç kim haqqını tələb etməyib.

Bundan əlavə, avtovağzaldan onlayn bilet almaq istəyən insanların problemlə üzləşməsi narazılıq doğuran məsələlər arasında yer alır. Belə ki, istənilən istiqamətdə səfərə çıxmaq üçün onlayn vasitəsilə maksimum 8 bilet sifariş etmək mümkündür. Söhbət bir nəfərin qeyd olunan sayda bilet almaq istəyindən getmir, ümumilikdə bir avtobus üçün cəmi səkkiz onlayn bilet ayrılır.

Bilet satışının belə təşkil olunması həm də dövlət vergisindən yayınmaqla nəticələnir. Əldə edilən böyük vəsait dövlət büdcəsinə köçürülmək əvəzinə, kimlərinsə cibinə axır. Eyni zamanda qeyd edək ki, bilet kassadan şəxsiyyət vəsiqəsilə alınır. Bu zaman səfərə çıxmaq istəyən şəxsin cinayətkar olub-olmaması da kompüterə vurulduqdan sonra ortaya çıxır. Lakin satışın kortəbi və narazılıq doğuran şəkildə həyata keçirilməsi bütün standartları tapdayır.

Məsələylə bağlı Bakı Beynəlxalq Avtovağzalın mətbuat katibi Yaşar İsakovla əlaqə saxlamağa çalışdıq. Amma onun mobil telefonuna və otaq nörmərisinə etdiyimiz zənglər cavabsız qaldı. Hətta Yaşar bəyin sosial şəbəkə profilinə mesaj yazmağımıza baxmayaraq ondan münasibət öyrənmək cəhdlərimiz boşa çıxdı.

Qeyd edək ki, oxşar vəziyyət sabiq nəqliyyat naziri Ziya Məmmədovun vəzifədə olduğu dövrdə də mövcud idi. Bu məsələdə Məmmədovun qanunsuz əməlləri önə çəkilirdi. Amma onun xeyli müddətdir postundan uzaqlaşdırmasına baxmayaraq problem həllini tapmayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR