SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev federal müşaviri qəbul etdi

9-07-2018, 14:34 | Oxunub: 6 180 |

Prezident İlham Əliyev federal müşaviri qəbul etdi
Azərbaycan prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N. Şnayder-Ammannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Emtv.az-ın məlumatına görə, İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N. Şnayder-Amman ölkəmizə səfərindən məmnunluğunu bildirərək deyib ki, gəlişlərində məqsəd Azərbaycanda gedən inkişaf prosesləri ilə tanış olmaqdan və ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı məsələləri müəyyənləşdirməkdən ibarətdir.

Eyni zamanda, qonaq səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın "Bir kəmər, bir yol” layihəsində iştirakı ilə bağlı daha ətraflı məlumat almaqdan maraqlı olduğunu deyib. Yohan N. Şnayder-Ammann İsveçrə ilə Azərbaycan arasında Dünya Bankı və Beynəlxalq Maliyə Fondu çərçivəsində də uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib.

Qonaq TANAP layihəsinin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. O, prezident İlham Əliyevin hər il Davos İqtisadi Forumunda iştirakına görə minnətdarlığını bildirib.

Ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əlaqələrin çox uğurla inkişaf etdiyini qeyd edən dövlət başçısı əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Prezident İlham Əliyev müxtəlif sahələrdə biznes əlaqələrinin genişləndirilməsi üçün də yaxşı imkanların olduğunu vurğuladı və bu baxımdan ayrı-ayrı infrastruktur layihələrinin həyata keçirilməsi, qarşılıqlı investisiyaların qoyulması sahəsində yaxşı təcrübənin olduğunu deyib. Yohan N. Şnayder-Ammann ilə Davosda görüşünü xatırlayan prezident İlham Əliyev bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfəri əlaqələrimizin genişləndirilməsi işinə öz töhfəsini verəcək və əməkdaşlığımız bundan sonra da genişlənəcək.

Prezident İlham Əliyev əminliyini ifadə edib ki, Azərbaycan iqtisadiyyatı gələcək illərdə də daha da inkişaf edəcək, ölkəmiz xeyli sayda sənaye və infrastruktur layihələrinin həyata keçirilməsini planlaşdırır və Azərbaycan bu işlərdə İsveçrə şirkətlərinin iştirakında maraqlıdır.

Söhbət zamanı qeyd olundu ki, İsveçrə-Azərbaycan Bakıda keçirilən Biznes Forumu və orada həm İsveçrədən, həm Azərbaycandan böyük sayda biznes nümayəndələrinin iştirakı iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Görüşdə ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 9-da İsveçrə Konfederasiyasının İqtisadi məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin rəhbəri, federal müşavir Yohan N.Şnayder-Ammannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Emtv.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR