SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev: "Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz"

9-07-2018, 11:54 | Oxunub: 6 704 |

Prezident İlham Əliyev: "Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz"

"Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir. Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalq ilə iqtidar arasındakı birlik əsas şərtdir. Bu bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir, eyni zamanda, iqtisadi müstəqilliyimizidir".

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 65-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2014-cü il sentyabrın 22-də İsmayıllıya səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıq zamanı ictimaiyyətin nümayəndələri ilə görüşündə deyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 65-ci kitabındakı materiallar 2014-cü ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir.

Nəşrdə Prezident İlham Əliyevin Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak etmək üçün Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərinə, Sammitdə çıxışına, MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa işgüzar səfərinə, Şuranın iclasında çıxışına, Tacikistana rəsmi, Fransaya, Macarıstana işgüzar səfərlərinə, Macarıstan Milli Televiziyasına müsahibəsinə, habelə İran İslam Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı dövlətimizin başçısının apardığı danışıqlara, eləcə də imzalanan sənədlərə, mətbuata bəyanatlara dair materiallar toplanıb.

Kitabda Prezident İlham Əliyevin Rusiya, İtaliya, Estoniya, Vyetnam, Albaniya, Avstriya, Qətər, Almaniya və başqa dövlətlərin, BMT, ISESCO, Avropa İttifaqı, AŞPA, ATƏT və digər beynəlxalq təşkilatların, Asiya İnkişaf Bankının, Dünya Bankının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin baş direktorunu qəbul etməsinə dair informasiyalar da yer alıb.

Azərbaycan Prezidentinin "Əsrin müqaviləsi"nin 20 illiyinə və Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə, IV Beynəlxalq Humanitar Forumun, Gənclər Siyasəti üzrə I Qlobal Forumun rəsmi açılışları mərasimlərində nitqləri ilə, ayrı-ayrı dövlətlərin bu tədbirlərdə iştirak üçün ölkəmizə səfər etmiş nümayəndələrini qəbul etməsinə dair materiallarla da 65-ci kitabda tanış olmaq mümkündür.

Nəşrdə, həmçinin dövlətimizin başçısının yəhudi xalqının Yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Azərbaycan yəhudi icmasına, müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriklərinin mətnləri, "Bakı-Tbilisi-Qars dəmir yolu xətti - İpək yolu dəhlizinin inkişafında yeni imkanlar" mövzusunda beynəlxalq konfransın, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin "İnkişafda qadınların rolu" mövzusunda V konfransının, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Dəmir Yolu Nəqliyyat Şurasının növbəti iclasının iştirakçılarına məktubları və digər müraciətləri yer alıb.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin İsmayıllı, Qəbələ, Abşeron, Daşkəsən, Goranboy rayonlarına, Naftalan və Gəncə şəhərlərinə səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, bir sıra orta məktəblərin, uşaq bağçaları və əyləncə mərkəzlərinin, parkların, sənaye müəssisələrinin, habelə Bakıda infrastruktur obyektlərinin açılışlarında iştirakına dair informasiyalar, Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş və yekun nitqlərinin mətnləri verilib.

Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri daxil edilib.

"Azərnəşr" tərəfindən buraxılan 65-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.

Sevin Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR