SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Gürcüstanda videoçarx azərbaycanlıların etirazına səbəb oldu - VİDEO

7-07-2018, 16:06 | Oxunub: 7 625 |

Gürcüstanda videoçarx azərbaycanlıların etirazına səbəb oldu - VİDEO
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin administrasiyasının hazırladığı video-çarx böyük narazılığa səbəb olub.

Emtv.az apa-ya istinadən xəbər verir ki, video-çarxda Kvemo Kartli bölgəsinin təbiəti, tarixi və dini abidələri, mədəniyyəti yer alıb.

Bölgə administrasiyasının rəsmi "Facebook” səhifəsində yerləşdirilmiş video-çarx qısa vaxt ərzində yerli azərbaycanlılar tərəfindən aktiv olaraq şərh olunub. Şərhlərdə video-çarxda Kvemo Kartli bölgəsində yaşayan azərbaycanlılara məxsus dini abidə və mədəniyyət nümunələrinin əks olunmamasından narazılıqlar ifadə olunub.

Kvemo Kartli administrasiyasından isə video-çarxın qurumda mövcud olan materiallar əsasında hazırlandığı bildirilib. Dövlət qurumu gələcəkdə hazırlanacaq bu cür video-çarxlarda bölgənin müxtəlifliyinin nəzərə alınacağını qeyd edib.

Məsələyə tanınmış gürcü hüquq müdafiəçisi Tamta Mikeladze də münasibət bildirib. O, "Facebook” səhifəsində Kvemo Kartli administrasiyasının hazırladığı video-çarxın bölgədə artmaqda olan mədəni assimilyasiya siyasətinin yaxşı göstəricisi olduğunu qeyd edib: "Bölgənin çoxmillətli və çoxdinli müxtəlifliyi haqqında hazırlanmış video-çarxda dini və etnik müxtəlifliyi necə göstərməmək olar? Son illər dominantlıq edən kilsənin güclənməsi aydın görünür. Azərbaycanlıların yaşadığı kəndlərdə xaçlar quraşdırılır, kəndlərin və bayramların adı gürcüləşdirilir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR