17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Süleyman Mikayılov ən çox narazılıq yaradan başçı kimi tanınır... - Siyahıda daha kimlərin adları var?
Gəncənin icra başçısına qarşı törədilən terror aktından sonra ən çox düşündürən suallardan biri də rayonlarımıza rəhbərlik edən şəxslərin özləri barəsində yaratdıqları rəylərdir. Hər halda bu gün Elmar Vəliyevə qarşı qəsdə birmənalı reaksiyaların olmaması, hətta bu hadisəyə - öz millətindən birisinin güllələnməsinə sevinənlərin də tapılması belə deməyə əsas yaradır ki, icra başçıları artıq ən azından bundan sonra davranışlarına, əhali ilə münasibətlərində etik qaydalara əməl etmələrinə diqqətli olmaq zorundadırlar.
Emtv.az məlumatına görə, bununla bağlı dia.az-a danışan mənbə bildirir ki, artıq "yuxarılar" yerlərdə narazılıq yaradan RİH rəhbərlərinin siyahısını hazırlamaq barədə tapşırıq veriblər: "Burada məqsəd növbəti kadr islahatları zamanı məhz bu kriteriya üzrə daha çox qərarların verilməsidir. Çünki xalqda özləri barəsində mənfi rəy yaradan icra başçıları haqqında ölçü götürülməzsə, bu daha ağır fəsadlara gətirib çıxara bilər. Doğrudur, Elmar Vəliyev bir xain planın hədəfi olub. Amma onun başına gələnlərə verilən reaksiyalar kifayət qədər düşündürücüdür".
Həmçinin bu günlərdə daha çox narazılıq yaradan icra başçılarının ilk beşliyini təqdim etmişdik. Həmin sıralamada, Elmar Vəliyevin adı həqiqiətən də 1-ci yerdə gəlirdi. Sonrakı yerlərdə isə Qaradağın icra başçısı Süleyman Mikayılovun, Şamaxının icra başçısı Asif Ağayevin, Astaranın icra başçısı Qəzənfər Ağayevin və Masallının icra başçısı Rafil Hüseynovun adları çəkilirdi.
İndi isə görünəni budur ki, "yuxarılar" növbəti kadr islahatı zamanı məhz bu rayonların rəhbərlərini çıxdaş etməklə ictimai rəyə yönəlik siyasəti davam etdirəcəklər. Mənbə onu da qeyd edir ki, məhz daha çox narazılıq yaradanlara qarşı sərt addımlar atılacaq: "Proses yaxın vaxtlarda start götürəcək".
Emtv.az