06 iy 15:15Oxunub: 219 |

“Rusiya 2018”: Meydana Uruqvay və Fransa komandaları çıxıblar

“Rusiya 2018”: Meydana Uruqvay və Fransa komandaları çıxıblar
İyulun 6-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinə Uruqvay-Fransa oyunu ilə start verilib.

Emtv.az apasport.az-a istinadən xəbər verir ki, “Nijniy Novqorod Arena” stadionunda keçirilən görüşdə Uruqvay millisinin heyətində meydana Fernando Muslera, Xose Ximenes, Dieqo Qodin, Rodriqo Bentankur, Naiten Nandes, Luis Suares, Kristian Stuani, Lukas Toreyra, Matias Vesino, Dieqo Laksalt, və Martins Kaseres çıxıblar.

Fransa millisinin start heyətində isə Uqo Losris, Benjamin Pavar, Rafayel Varan, Samiyel İmtiti, Pol Poqba, Antuan Qrizman, Olivye Jiru, Kilyan Mbappe, Korenten Tolisso, Nqolo Kante, Luka Ernandes yer alıblar.

Görüşü argentinalı Nektor Pitana idarə edir. Qarşılaşma İdman Azərbaycan Televiziyasında canlı yayımlanır.

Xatırladaq ki, “C” qrupunda Avstraliya (1:0) və Peru (1:0) yığmalarına qalib gələn fransızlar sonuncu görüşdə Danimarka ilə qolsuz heç-heçə edərək qrupu 7 xalla ilk sırada başa vurublar.

Uruqvay yığması mundialın qrup mərhələsində bütün görüşlərdə qalib gələn üç komandadan biridir. İkiqat dünya çempionları “A” qrupunda Mərakeş və Səudiyyə Ərəbistanı yığmalarına 1:0, ev sahibi Rusiya millisinə isə 3:0 hesabı ilə qalib gəliblər.

Uruqvay səkkizdəbir finalda Portuqaliyanı 2:1, Fransa isə Argentinanı 4:3 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar.

Uruqvay və Fransa bu vaxtadək 8 dəfə üz-üzə gəliblər. Bu oyunların 3-də Uruqvay millisi, birində isə fransızlar qalib olub. Dörd qarşılaşma isə heç-heçə başa çatıb. Komandalar dünya çempionatları tarixində üç dəfə qarşılaşıblar. 1966-cı il mundialının qrup mərhələsində Uruqvay rəqibini 2:1 hesabı ilə məğlub edib. 2002-ci və 2010-cu illərin dünya çempionatlarında da eyni qrupda mübarizə aparan komandaların dueli qolsuz bərabərliklə yekunlaşıb. Fransa dünya çempionatlarında Uruqvayla üç dəfə eyni qrupda mübarizə aparıb və heç birində növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, 1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb. 1998-ci ildə dünya çempionu adını qazanan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə dünya çempionatlarının bürünc medallarını qazanıb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.

İki dəfə dünya çempionu olan Uruqvay yığması isə (1930 və 1950) indiyədək 12 mundialda çıxış edib.

Bu oyunun qalibi yarımfinal mərhələsində Braziliya-Belçika matçının güclüsü ilə qarşılaşacaq.

Günün digər oyununda Braziliya və Belçika yığmaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı serbiyalı referi Milorad Majiç idarə edəcək. Matç “Kazan Arena” stadionunda oynanılacaq.

Mundialın yarımfinal oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1392
XƏBƏR LENTİ

Reklam
Məzənnə