05 iy 15:20Oxunub: 238 |

"Real Madrid" Ronaldoya illik 30 milyon avroluq müqavilə təklif edəcək

"Real Madrid" Ronaldoya illik 30 milyon avroluq müqavilə təklif edəcək
İspaniyanın "Real Madrid" klubu ulduz futbolçusu Kriştianu Ronalduya yeni müqavilə təklif edəcək.

Emtv.az report-a istinadən xəbər verir ki, 33 yaşlı portuqaliyalı hücumçu yeni sözləşməyə əsasən, illik 30 milyon avro qazanacaq.

Təcrübəli oyunçunun Madrid təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi mövcuddur. Mətbuatda İtaliyanın "Yuventus" klubunun Ronalduya illik 30 milyon avro və klubuna isə 120 - 150 milyon avro ödəməyə hazır olduğu yazılıb.

Nəşrin məlumatına görə, "Real Madrid" öz lider oyunçusunu buraxmaq fikrində deyil və Turin təmsilçisi qədər əmək haqqı təklif edəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009-cu ildən "Real Madrid"də çıxış edir. O, komandası ilə birgə 4 dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Super Kubokunun qalibi olub. Portuqaliya millisinin üzvü iki dəfə İspaniya çempionu olub. Ronaldu 2017-2018 mövsümündə bütün turnirlər daxil olmaqla, 44 oyunda 44 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1392
XƏBƏR LENTİ

Reklam
Məzənnə