SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Beyləqanda “daşdan pul çıxarma” üsulu: Şükür Aslanovla Füzuli Quliyevin çinqıl əməliyyatı

4-07-2018, 15:55 | Oxunub: 10 305 |

Beyləqanda “daşdan pul çıxarma” üsulu: Şükür Aslanovla Füzuli Quliyevin çinqıl əməliyyatı
Beyləqan və İmişli kəndlərinin bərbad yolarına çınqıl tökülür və yollar nisbətən gediş-gəliş üçün rahatlaşdırılır. Əlbəttə ki, buna görə “Azəravtoyol” ASC-nin 6 saylı İmişli Yol İdarəsini və 37 saylı Beyləqan Yol İstismar İdarəsini ancaq alqışlamaq olar. Emtv.az yerli mediada yayılan məlumatlara əsasən bildirir ki, bizim məmurların “daşdan da pul çıxarmaqda” və paralel olaraq dövlət büdcəsini talamaqda tayı bərabəri olmaması bu prosesdə də özünü göstərib. Beləki, Beyləqan və İmişli kəndlərinin bərbad yolarına çınqıl tökülməsində də eyni vəziyyət müşaiyyət olunmaqdadır. Yenə heç kimin gözləmidiyi bir yerdən bizim məmurlarımız 100 minləri dövlət büdcəsindən çıxarıb öz ciblərinə qoymağı başarırlar.

Bununla bağlı Beyləqandan mediaya daxil olan məlumata görə 6 saylı Yol İdarəsinin müdiri Şükür Aslanovla 37 saylı Yol İstismar İdarəsinin müdiri Füzuli Quliyev əlbir olub “daşdan pul çıxarmağı” (burda konkret olaraq çınqıldan), həm də böyük pul çıxarmağı asanlıqla başarıblar və bu məmurlar dövlətə həm də iki tərəfli ziyan vururlar. Belə ki, cumhuriyyet.az yayılan məlumatlara istinadən bildirir ki, Beyləqan və İmişli kəndlərinin yollarına çınqıl tökən Şükür Aslanov və Füzuli Quliyev çınqılı qanunsuz olaraq Beyləqanın Daşburun deyilən ərazisindən daşıyırlar. Məsələ ondadır ki, sözü keçən çınqıl karyeri heç bir yerdə qeydiyyatdan keçməyib və qanunsuz fəaliyyət göstərir. Şükür Aslanov və Füzuli Quliyev çınqıl üçün bir qəpik belə xərcləmədən həmin karyerdən hər gün onlarla maşın çınqıl daşıyırlar. Təbii ki, sənədlərdə çınqıl pulla alınır və ayrılan vəsaitdən güya çınqıl üçün pul xərclənir. Əslində isə çınqıl üçün ayrılan dövlət pulları Şükür Aslanovla Füzuli Quliyevin cibinə transfer olunur. Etiraf etməliyik ki, dövlət büdcəsini talamaq və “daşdan pul çıxarıb” cib doldurmaq üçün yaxşı üsuldur…

Maraqlıdır ki, ölkənin təbii ehtiyyatları qanunsuz olaraq Ekologiya və Təbii Sərvətlər Nazirlinin və Fövqıladı Hallar Nazirliyinin Beyləqan təmsilçilərinin gözləri qarşısında baş verir. Onlar sakitcə və sükutla hər gün ölkənin təbii sərvətlərinin necə talan olunmasını seyr edirlər və böyük ehtimalla bundan da karlı çıxırlar.


Bu arada cumhuriyyet.az-a istinadən xatırladaq ki, “Azəravtoyol” ASC-nin 6 saylı yol idarəsinin müdiri Şükür Aslanov Aran zonasında ən imkanlı məmur kimi tanınır. Bir neçə gün öncə isə İmişlidə Şükür Aslanova məxsus karyerdə işləyən işçinin ölməsi barədə ölkə mətbuatında məlumatlar yayılıb. Həmin məlumatlarda vurğulanırdı ki, qəza nəticəsində ölən fəhlə elə gecəykən basdırılıb və məsələ hüquq mühafizə orqanlarından gizlədilməyə çalışılıb. Ancaq məsələnin üstü açılıb və hazırda Şükür Aslanovun karyeri hüquq mühafizə orqanları tərəfindən bağlanılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR