SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan şəhərində çimərlik mövsümü başlayıb

4-07-2018, 15:45 | Oxunub: 10 312 |

Naxçıvan şəhərində çimərlik mövsümü başlayıb
Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə insanların rahatlığının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Çimərlik istirahət zonasında da su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu sözləri Naxçıvan şəhər çimərliyində növbəti mövsümün başlanması münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov deyib.

Nazir bildirib ki, çimərlikdə istirahət edənlərin istifadəsinə skuter, pedallı qayıq verilib, burada futbol və voleybol meydançaları fəaliyyət göstərir. Bu da isti yay günlərində sakinlərin və şəhərə gələn qonaqların istirahətinin səmərəli təşkilinə imkan verəcək.


Sonra Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov yeni mövsümdə Naxçıvan şəhər çimərliyində həyata keçirilən tədbirlər barədə məlumat verib, burada göstəriləcək təhlükəsizlik xidmətlərindən danışıb.

Qeyd edək ki, yeni mövsümə çimərlikdə yüksək səviyyəli istirahət və xidmət üçün 20 çətir, 4 duş kabinəsi quraşdırılıb, 100 yerlik paltarsaxlama və 4 soyunub-geyinmə yerləri hazırlanıb, restoran və digər xidmət sahələri fəaliyyət göstərir. Burada təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılır, müşahidə qülləsi yaradılıb, ərazidə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 nəfərdən ibarət xilasetmə qrupu ərazidə xidmət aparacaq.

İstirahət zonasının ümumi sahəsi 10 min 260 kvadratmetrdir. Burada böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş iki çimərlik var. Uşaqlar üçün çimərliyin uzunluğu 22, eni 38 metr, dərinliyi isə 70-120 santimetrdir. Böyüklər üçün çimərliyin uzunluğu 248, eni 38, dərinliyi isə 2-4 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub.

Çimərlik hər gün axşam saat 20:00-dək açıq olacaq. Naxçıvan şəhərindən çimərliyə və əks-istiqamətə avtobus xidməti də fəaliyyət göstərəcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR