04 iy 15:30Oxunub: 245 |

KİV: Ronaldo "Yuventus"a keçməyə razı olub

KİV: Ronaldo "Yuventus"a keçməyə razı olub
Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu komandasını tərk edir.

"Marca" xəbər verir ki, 33 yaşlı hücumçu İtaliyanın "Yuventus" klubunda çıxış edəcək. Bildirilir ki, təcrübəli oyunçu artıq Turin təmsilçisinin düşərgəsinə getmək üçün razılığa gəlib. Ronaldu Turin şəhərində mənzil axtarır. Futbolçunun ailəsi də tez bir zamanda İtaliyaya getmək niyyətindədir.

Qeyd edək ki, Ronaldunun "Real Madrid" klubu ilə 2021-ci ilə kimi müqaviləsi mövcuddur. Lakin o, klubla yeni müqavilə şərtlərini razılaşdıra bilmədiyinə görə komandanı tərk etmək istəyir. Hücumçu 2009-cu ildən Madrid təmsilçisində çıxış edir.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1377
XƏBƏR LENTİ

Reklam
Məzənnə