SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Milyonlar ayrılan metropoliten niyə fors-major hallara hazır deyil? - Generator biabırçılığı

4-07-2018, 14:36 | Oxunub: 8 469 |

Milyonlar ayrılan metropoliten niyə fors-major hallara hazır deyil? - Generator biabırçılığı
Dünən Azərbaycanda elektrik enerjisi probleminin yenidən yaşanması metroda olan sərnişinlərin köməksiz qalmasına, böyük təşvişə səbəb olub. İşığın sönməsinin hamının işdən çıxdığı pik saata düşməsi isə vəziyyəti daha çox qəlizləşdirib. Sərnişinlər qatarlardan düşürülərək qaranlıq, havasız və isti tunellə stansiyaya olan bir neçə dəqiqəlik yolu ayaqla gəlib. Metroda azyaşlı uşaqlar, yaşlı insanların da olduğunu nəzərə alsaq, belə bir hadisədən ölüm-itim olmadan qurtulmağı xoşbəxtlik saymaq olar.

Bu hadisədən sonra isə ən çox müzakirə olunan məsələ milyonlarla sərnişin daşıyan metropoliten kimi strateji qurumun fors-major hallara hazır olmamasıdır. İnsanlar sual edir ki, niyə metroda belə vəziyyətlər üçün alternativ nələrsə fikirləşilməyib, niyə generatorlar yoxdur.

Doğrudur, metropoliten rəsmisi generatorların olduğunu bildirib. Lakin əlavə edib ki, bu generatorlar sadəcə stansiyaları işıqlandırmaq və bəzi təlabatları ödəmək üçündür. "Qatarları hərəkətə gətirmək, onların hərəkətdə olmasını tənzimləmək üçün lazım olan elektrik enerjisi tam fərqli bir şeydir. Bu bizim məişətdə işlətdiyimiz 220 volt enerji deyil. Qatarların təmas reysində 825 volt gərginlik olur. Aradakı fərqə baxın”, - deyə açıqlamada qeyd olunub.

Bəs dünya təcrübəsində necədir? Həqiqətənmi generatorlar sadəcə metro stansiyalarını işıqlandıracaq gücdə olmalıdır?


Emtv.az xəbər verir ki, məsələ ilə bağlı bakupost-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərov bildirib ki, metronun qatarları stansiyalara çıxaracaq qədər ehtiyat elektrik enerjisi mütləq olmalıdır: "Təbii ki, ehtiyat generatorlar mütləq olmalıdır. Qəza şəraitləri nəzərə alınmalıdır. Dünyanın hər yerində belədir. Ən azından tuneldə olan qatarları çölə çıxara biləcək, stansiyaya gətirə biləcək qədər ehtiyat elektrik enerjisi olmalıdır. Metronun bütün fəaliyyətini təmin etməyə ola bilər ki, generatorların gücü çatmasın, bu normaldır. Çünki metropoliten ən çox elektrik enerjisi istifadə edən qurumlardan biridir. Amma ən azından belə qəzalı vəziyyətlərdə tunellərdə qalan vaqonların stansiyalara qədər gətirilməsi üçün böyük həcmdə olmasa da, elektrik enerjisi ehtiyatı olmalıdır ki, insanlar əziyyət çəkməsin. Görünür, metropoliten belə fors-major hallara hazır deyil, heç hazırlaşmaq fikri də olmayıb”.

Ekspert metronun bu gün işləməməsi ilə bağlı verilən qərarın qurumun özünü zəmanət altına alması kimi dəyərləndirib: "Bu gün elektrik enerjisi ilə bağlı nə Bakıda, nə metropolitenin özündə bir problem yoxdur, amma bu gün də çalışmır. Çalışmamasının səbəbi isə özünü sığortalamaqdır. Düşünürlər ki, birdən elektrik enerjisi kəsilər, insanlar yenə tunellərdə, vaqonlarda qala bilər. Bu isə narahatlıq yarada bilər. Bu narahatlığın qarşısını almaq üçün əməli işlərdənsə, metronun qapısına qıfıl vurmağı seçdilər. Bu da doğru yanaşma deyil”.

N. Cəfərli metropolitendən verilən "generatorların gücü qatarları hərəkətə gətirməyə çatmır” açıqlamasını da şərh edib: "Əvvəlcədən generatorların gücünün az olduğu bilinirdisə və bu generatorların qatarları hərəkətə gətirmək üçün yetərli olmadığı aydın idisə, demək onlar daha güclüləri ilə əvəz olunub, ən azı fors-major situasiyalardan çıxmağı təmin etməli idi. Tuneldə qalan qatarın stansiyaya gətirilməsi üçün cəmi 5-10 dəqiqəlik elektrik enerjisi lazımdır. Metropoliten rəhbərliyi öncədən bilməli idi ki, belə fors major situasiya yarananda generatorun gücü çatmayacaq”.

İqtisadçı "Bakı Metropoliteni”nin dövlətdən ən çox dotasiya alan qurum olduğunu vurğulayıb: "Metrpoliten monster quruma çevrilib. Təmir işlərini özü həyata keçirir, satınalmaları özü edir. Qapalı sistemdir, şəffaflıq çox aşağı səviyyədədir. Tez-tez də bəyan edir ki, sərnişinlərin daşınması quruma baha başa gəlir və onlar ziyanla işləyirlər. Dövlətdən də ən çox dotasiya alan qurumlardan biridir. Halbuki yeni stansiyaların tikilməsini də dövlət maliyyələşdirir, yeni qatarların alınmasına, vaqonların təmirinə dövlət pul ayırır. Metropoliten özü öz qazancı hesabına heç bir addım atmır. Bu da metropolitenin idarəetməsinin, ümumiyyətlə, yanaşmasının səhv olduğunu göstərir. Bütün bu məsələlərdən dərs çıxarıb yeni bir yanaşmaya, idarəetmə fəlsəfəsinə keçid üçün, məncə şərait yetişib”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR