04 iy 13:00Oxunub: 310 |

Məsuliyyət hissini itirmiş Etibar Pirverdiyev Azərbaycanı necə düşmənə "güldürdü"? — ASC RƏHBƏRİ ÖLKƏNİ SABOTAJ EDİR?

Məsuliyyət hissini itirmiş Etibar Pirverdiyev Azərbaycanı necə düşmənə "güldürdü"? — ASC RƏHBƏRİ ÖLKƏNİ SABOTAJ EDİR?
Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda yaranmış elektrik enerjisi problemi nəticəsində paytaxt Bakıda və bütün rayonlarda elektrik enerjisinin verilişi dayandırılmışdı. Bu isə əhali arasında ciddi təşvişə səbəb oldu.

Emtv.az-ın ölkə.az-a istinadən məlumatına görə, hadisəyə səbəb kimi Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza göstərilsə də, ancaq sözügedən problemin yaranmasında birbaşa məsuliyyət daşıyan "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev məsuliyyətdən yayınmağa çalışır. "Azərenerji" ASC bəhanə olaraq Azərbaycanda havaların kəskin isti keçməsi səbəb kimi göstərir. Sadə desək, "Azərenerji" rəhbərliyi bu dəfə hava şəraitini "günah keçisi" seçərək, özünü "təmizə" çıxartmağa çalışır.
Azərbaycanda isti hava şəraiti birinci hal deyil. İsti hava şəraitinə qalsa, Azərbaycandan dəfələrlə isti ölkələr var. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, İran, Liviya və digər isti ölkələri sadalamaq olar. Azərbaycan dövləti elektrik enerjisi təchizatının tam fasiləsiz və problemsiz verilişi üçün heç də yuxarıda adları sadalanan ölkələrdən az vəsait xərcləməyib. Təkcə son 5 ildə Azərbaycanın Dövlət Büdcəsindən "Azərenerji" hökumətinə 1 milyard vəsait ayrılıb. Əgər bu qədər vəsait düzgün xərclənsəydi, indi nəinki Azərbaycanda elektrik enerjisində fasilələr yaranardı. Hətta, Azərbaycan qonşu dövblətləri fasiləsiz olaraq enerji ilə təmin edə bilərdi. Buradan bir daha aydın olur ki, Dövlət Büdcəsindən "Azərenerji" ASC-yə ayrılmış vəsait aidiyyatı üzrə xərclənməyib, milyonlarla vəsait mənimsənilib, sözügedən qurum isə Etibar Pirverdiyevin korrupsiya bazasına çevrilib.


Bu gün dünyada olduğu kimi, Azərbaycanda da elektrik enerji həyatın vaz keçilməz hissəsinə çevrilib. Enerjisiz həyatı təsəvvür etmək mümkün olmur. Elektrik enerjisi həm də dövlətin strateji sahəsi hesab olunur.

Elektrik enerjisinin bütün ölkədə kəsilməsi ilk növbədə təşvişə səbəb olur, dövləti istəməyənlərin dezinformasiya yaymasına və həyəcan yaratmasına şərait yaradır. Bu isə düşmənlərimiz üçün göydəndüşmə fürsət olur.

Bu fürsəti isə bu gecə Etibar Pirverdiyev Azərbaycanın düşmənlərinə yaratdı. Azərbaycanda bütün zavod, fabriklərin, xəstəxanaların, sənaye müəssisələrinin işini dayandırdı. İşıqforların işləməməsi ölkədə “n” qədər yol qəzasının törədilməsinə səbəb oldu. Bu sadaladıqlarımız hələ bir qismidir.

Elektrik enerjinin qəfil kəsilməsi ilə ölkədə müxatəlif təxribatlar yaratmaq mümkündür. İstənilən zaman fors-major hadisələr baş verə bilər. Normaldır. Ancaq baş verən hadisə bir ölkənin saatlarla qaranlığa qərq olmasına şərait yaradırsa, bu böyük təhlükədir. Fors-major hadisələri zamanı idarəçiliyə cavabdeh şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər. Amma dünənki hadisə sübut etdi ki, Pirverdiyevin məsuliyyəti sıfır dərəcəsindədir. Azərbaycan hazırda müharibə şəraitində yaşayan bir ölkəyik. Fors-major hallara qarşı ikiqat məsuliyyətli və hazırlıqlı olmalıyıq. Amma bu, Pirverdiyevin nəsə yadından çıxıb. Ya da məsuliyyətini dərk etmir.

Əbəs yerə deyil ki, düşmən Ermənistan rəhbərliyi hər dəfə Azərbaycanı Mingəçevir Su Elektrik Stansiyasını vurmaqla hədələyir. Buna görə də Azərbaycan dövləti Mingəçevir Su Elektrik Stansiyasının və digər strateji obyektlərin təhlükəsizliyinin təmin olunmasına xüsusi əhəmiyyət verir. Ona görə də bu sahəyə rəhbərlik edən şəxslər, xüsusilə də Etibar Pirverdiyev daha çox məsuliyyət daşıyır və daşımalıdır. Ancaq Etibar Pirverdiyev Bakıdakı Bayraq Meydanının tikilişində etdiyi səhvləri Azərbaycan xalqına unutdurmamış növbəti ciddi və bağışlanmaz səhvə yol verir.

Əslində Etibar Pirverdiyev Azərbaycanın əsas atributu olan Bayraq Meydanında yol verdiyi səhvlərə görə cəzalandırılmalı idi. Çünki öz milli bayrağına zərrə qədər hörmət etməyən və buna görə məsuliyyətini dərk etməyən Etibar Pirverdiyevin növbəti dəfə bundan da ciddi səhvlərə yol verməyəcəyinə heç kəs zəmanət verə bilməzdi. Baş verən hadisələr və faktlar onu göstərir ki, bu adam hələ də öz vəzifəsinin nə qədər məsuliyyətli olduğunu anlamır, məsuliyyət hissini tamamilə itirib.

Görünən odur ki, Etibar Pirverdiyev yalnız dövlət büdcəsindən oğurladığı milyonlarla vəsaitə məsuliyyət gözü ilə baxır.

Belə olmasaydı, ən azı "Azərenerji" ASC-nin prezidenti dəfələrlə Azərbaycan əhalisini aldadaraq "hər şey əladır" deyə yalandan əmin etməzdi.

Bəs Etibar Pirverdiyev ölkə əhalisini əmin edirdi ki, rəhbərlik etdiyi qurum yarana biləcək bu cür hadisələrdən tam sığortalanıb. İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönür, az qala aləm bir-birinə dəyir. Cənab Pirverdiyev də deyir ki, "bizdə hər şey əladır, problem hava şəraitindədir".

Axı "Azərenerji" ASC Dövlət Büdcəsindən ayrılan milyardlarla vəsaiti nəyə xərcləyib? Aldığı o necə avadanlıqlardır ki, heç 40 dərəcə istiyə dözə bilmədi?

Əslində, bu cür yarana biləcək problemləri Etibar Pirverdiyev və komandası əvvəlcədən görməli, hesablamalı, bu səbəbdən də qabaqlayıcı tədbirlər görməli idi.

Səbəb çox sadədir. Ya Etibar Pirverdiyev hamını aldadaraq köhnə və ucuz avadanlıqlar aldırıb, sonra da milyonlarla vəsaiti "sildirib". Yaxud da Etibar Pirverdiyev məqsədli şəkildə ölkədə qarışıqlıq yaratmaq və ölkə rəhbərliyinin gördüyü işləri sabotaj etməyə çalışır.

Normalda Etibar Pirverdiyev gecə baş verən hadisəyə görə dərhal çıxıb ölkə əhalisinə məlumat verməli və üzr istəməli idi. Sonra isə öz bacarıqsızlığını etiraf edib istefa verməli idi. Hələ ki, Etibar Pirverdiyevdə bu cəsarəti görmürük!

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1377
XƏBƏR LENTİ

Reklam
Məzənnə