SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

VERGİLƏR NAZİRLİYİNDƏ STRUKTUR İSLAHATLARI – Yeni idarə və departamentlər yaradıldı

30-06-2018, 15:30 | Oxunub: 8 831 |

VERGİLƏR NAZİRLİYİNDƏ STRUKTUR İSLAHATLARI – Yeni idarə və departamentlər yaradıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli iqtisadiyyatın şəffaflığının artırılması istiqamətində qarşıya qoyduğu vəzifələrin icrası, Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi ödəmələri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulması məqsədilə nazirliyin strukturunda dəyişikliklər həyata keçirilib.

Emtv.az bildirir ki, nazirliyin Media və Kommunikasiya Mərkəzindən apa-ya verilən məlumata görə, Vergilər Nazirliyinin aparatının yeni strukturunda nazirliyin Aparatı, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti (Katiblik), Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi fəaliyyət göstərəcək. Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayacaq.

Vergilər nazirinin əmri ilə nazirliyin struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin bölgüsündə də dəyişikliklər edilib.

Vergi ödəyicilərindən daxil olan şikayətlərin baxılması işinin təkmilləşdirilməsi, funksional struktur vahidlərinin bu şikayətlərə baxılması zamanı vəzifə öhdəliklərinin keyfiyyətli icrasının təmin edilməsi məqsədilə Nazirliyin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentində (Katiblik) İnzibati şikayətlərin araşdırılması idarəsi yaradılıb. Yeni idarə vergi öhdəliklərinin yerinə yetirilməsinin icrası zamanı cavabdeh qurumların fəaliyyətinə kənar nəzarəti həyata keçirəcək, mümkün korrupsiya elementlərinin qarşısının alınması və sahibkarlıq subyektlərindən daxil olan inzibati şikayətlərin sürətlə və səmərəli şəkildə həll edilməsi istiqamətində fəaliyyət göstərəcək.

Vergi yoxlamalarının unifikasiyası və yoxlamaların keyfiyyət göstəricilərinin artırılması məqsədilə nazirliyin aparatında Vergi auditi departamenti yaradılıb. Departament nazirliyin digər strukturlarının vəzifələrinə aid edilmiş yoxlayıcı funksiyaları cəmləyəcək, sahibkarlıq subyektlərində aparılan vergi nəzarəti tədbirlərinin koordinasiyasını həyata keçirəcək.

Ölkə iqtisadiyyatının yeni inkişaf strategiyasında və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə nəzərdə tutulan hədəflərə nail olunması, habelə vergi sisteminin və vergi qanunvericiliyinin təkmilləşdirilməsinin elmi təhlillərə əsaslanaraq həyata keçirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlili ilə məşğul olacaq yeni strukturlar yaradılıb. Yeni yaradılan İqtisadi təhlil və ekspertiza departamentinin əsas funksional vəzifələrinə vergi bəyannamələrinin təhlili ilə yanaşı, iqtisadiyyatın real sektorunun və vergi ödəyicilərinin fəaliyyətinin mikroiqtisadi səviyyədə araşdırılması da daxil edilib. Eyni zamanda, departament vergi proqnozlaşdırılması və vergi ödəyicilərinin fəaliyyətinin təhlili prosesində müasir analitik-diaqnostik metodları və modelləşdirmə-simulyasiya üsullarını da tətbiq edəcək. Bununla yanaşı, iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan bir sıra sahələrdəki iqtisadi proseslərin dərindən araşdırılması, bu araşdırmanın nəticələri əsasında vergi orqanlarının həmin sahələrdə iş keyfiyyətinin artırılması nəzərdə tutulur. Bu məqsədilə üç mühüm istiqamət – aksizli mallar, neft-qaz fəaliyyəti iştirakçıları və maliyyə-sənaye qrupları üzrə ayrıca iş aparılacaq.

Yenidən təşkil olunan Vergi siyasəti departamentinin strukturunda da dəyişikliklər edilib. Departament vergi qanunvericiliyinin tətbiqi və təkmilləşdirilməsi ilə yanaşı, vergitutma məsələlərinin araşdırılması, makroiqtisadi təhlillərin aparılması, vergi siyasətinin milli iqtisadiyyatın yeni inkişaf çağırışlarına uyğunlaşdırılması və bu məqsədlə vergi islahatlarının istiqamətlərinin hazırlanması ilə məşğul olacaq. Vergitutma bazasının təhlili və qiymətləndirilməsi prosesində iqtisadiyyatda baş verən tsiklik, konyuktur və struktur proseslər hərtərəfli tədqiq olunacaq, iqtisadi proseslərin vergi sisteminə və vergi siyasətinin iqtisadiyyata qarşılıqlı təsirlərinin kompleks araşdırılması aparılacaq və bu əsasda vergi siyasətinin taktiki və strateji çərçivələri daim təkmilləşdiriləcəkdir. Bununla yanaşı, fərdi sahibkarlarla aparılan işlərin keyfiyyətinin artırılması, fiziki şəxslərin vergitutma məsələləri ilə bağlı qarşılaşdığı məsələlərin həlli və bu istiqamətdə mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsi məqsədilə, ilk dəfə olaraq, departamentin tərkibində ayrıca fəaliyyət göstərəcək “Fiziki şəxslərlə iş şöbəsi” yaradılıb.

Vergi ödəyicilərinə xidmətin keyfiyyətinin artırılması, mütərəqqi təcrübəyə əsaslanan yeni xidmətlərin təşkili, mövcud elektron və ünvanlı xidmətlər sisteminin inkişaf etdirilməsi məqsədilə Vergi ödəyicilərinə xidmət departamentinin strukturu təkmilləşdirilib. Departament, əsasən, vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi, habelə xidmətlərin monitorinqi və təhlili sahəsində funksional vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini gücləndirəcək.

Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib. Departament kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatı işinin müasir tələblərə uyğunlaşdırılması, uçot-qeydiyyat məlumat bazalarının təhlili istiqamətində fəaliyyət göstərəcək.


Yeni yaradılan İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət departamenti ölkəmizin vergitutma sahəsində qoşulduğu sazişlərin icrası prosesini, məlumat mübadiləsinin aparılmasını və maliyyə institutlarında vergi monitorinqini həyata keçirəcək.

Struktur islahatları çərçivəsində yaradılan Rəqəmsal vergi inzibatçılığı departamenti elektron vergi inzibatçılığının tətbiqi, onun texnoloji təminatının daha yüksək səviyyəyə çatdırılması, məsafədən vergi xidmətlərinin göstərilməsi, müasir rəqəmsal texnologiyaların tətbiqi, operativ informasiya mübadiləsinin təmin edilməsi, informasiya təhlükəsizliyi sisteminin idarə edilməsi və vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması ilə məşğul olacaq.


Aparılan islahatlar çərçivəsində digər struktur bölmələrin də funksional vəzifələrinin optimallaşdırılması həyata keçirilib.

Qeyd edək ki, vergi sistemində aparılan struktur islahatlarının əsas məqsədi vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsidir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR