SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ədalət Vəliyev niyə nazir müavini ola bilmədi - müəmma

29-06-2018, 15:33 | Oxunub: 9 741 |

Ədalət Vəliyev niyə nazir müavini ola bilmədi - müəmma
Məlum olduğu kimi, iyunun 27-də prezident mədəniyyət nazirinin müavinlərinin və nazirlik yanında dövlət xidmətinin rəisinin təyin olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Rafiq Yasin oğlu Bayramov, Sevda Yusif qızı Məmmədəliyeva mədəniyyət nazirinin müavinləri, Zakir İmran oğlu Sultanov isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. Vaqif Əliyev isə mədəniyyət nazirinin birinci müavini təyin olunub. Lakin bundan əvvəl nazir müavini olmuş Ədalət Vəliyev əvvəlki vəzifəsinə təyinat almayıb.

Qeyd edək ki, Ədalət Vəliyev 2006-cı ildən məlum sərəncam imzalananadək nazir müavini vəzifəsində çalışıb. 12 illik vəzifəsi müddətində o, nazirliyin “Fəxri Mədəniyyət İşçisi” adına və döş nişanına, o cümlədən 2013-cü ildə prezident tərəfindən “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülüb.

Bütün bunlara baxmayaraq, Ədalət Vəliyevin təyinatdan kənarda qalması suallar doğurub. Maraqlıdır, Ədalət Vəliyev niyə nazir müavini olmadı?

“Bu, prezidentin səlahiyyətində olan məsələdir. Buna görə nazirlik bu suala cavab vermək iqtidarında deyil”.

Emtv.az-ın məlumatına görə, nazirlikdən yeni müsavat-ın sorğusuna belə cavab verilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, sabiq nazir müavininin adı dəfələrlə mətbuatda qalmaqallarda hallandığı üçün işdən çıxarılıb. Digər versiyalara görə isə sabiq nazir müavini səbirsizliklə yaxın günlərdə baş tutacaq yeni təyinatını gözləyir.

Məsələ ilə bağlı əməkdaşımız Ədalət Vəliyevin mövqeyini öyrənməyə çalışıb. Lakin sabiq nazir müavini telefon zənglərini cavabsız qoyub.

Mədəniyyət Nazirliyi Aparatının yeni təsdiq edilən strukturunda aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları da həyata keçirilib. Emtv.az-ın xəbərinə görə, bu barədə modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazirin müvafiq əmrinə əsasən, Fikrət Köçəri oğlu Babayev nazirlik aparatının yeni rəhbəri təyin edilib. Bundan əlavə, yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə edilib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə İntiqam Hümbətov təyin edilib. Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin olunub.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR