SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ermənistan prezidentindən Avropa separatçılarına dəstək – Diplomatik qalmaqal

29-06-2018, 14:11 | Oxunub: 5 903 |

Ermənistan prezidentindən Avropa separatçılarına dəstək – Diplomatik qalmaqal
Bu günlərdə Avropa və ABŞ turnesinə çıxan Ermənistan prezidenti Armen Sarkisyan İrəvanın separatizmi dəstəklədiyini rəsmən nümayiş etdirib.

Vaşinqtondakı Smitson festivalının açılışında iştirak edən Sarkisyan İspaniyadan müstəqillik tələb edən katalonları dəstəkləyib.
Bu barədə tədbirdə iştirak edən erməni rəssam Ruben Malayan “Facebook” səhifəsində məlumat yayıb.


Onun sözlərinə görə, ermənilərlə Kataloniya mədəniyyətinə həsr olunan Smitson festivalının açılışında çıxış edən İspaniyanın ABŞ-dakı səfiri ölkəsinin siyasi-mədəni həyatından söz açıb və bildirib ki, İspaniyada siyasi məhbuslar yoxdur. Bundan qəzəblənən Kataloniya nümayəndə heyəti zalı tərk edib.


Çıxışdan sonra Ermənistan prezidentinə yaxınlaşan İspaniya səfiri onunla salamlaşaraq əlini sıxmaq istəyib, lakin Armen Sarkisyan avropalı səfirin bu jestinə rədd cavabı verərək, onun əlini sıxmayıb. Malayan və əksər erməni istifadəçilər Ermənistan prezidentinin katalonlara bu cür dəstək nümayişinin böyük “hörmətə” layiq olduğunu yazıblar.

Qeyd edək ki, İspaniyanın ABŞ-dakı səfirinə Vaşinqtonda keçirilən Smitson festivalının açılışında iştirak etmək üçün rəsmi dəvət göndərilməyib. Bununla belə, Kataloniyanın müstəqil dövlət olmadığını və mərkəzi Madrid hökumətinə tabe olduğunu göstərmək üçün İspaniyalı səfir özü tədbirə qatılmaq qərarına gəlib. Lakin dəvət olunmamış qonağı öz jesti ilə təhqir etməklə diplomatik skandala səbəb olan Ermənistan prezidenti, İrəvanın Avropadakı separatçıları dəstəklədiyini bir daha sübut edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR