SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirini qəbul edib - YENİLƏNİB

26-06-2018, 15:51 | Oxunub: 9 083 |

Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Emtv.az xəbər verir ki, dövlət başçısı Azərbaycanda İran İslam Respublikası Mədəniyyət Günlərinin keçirilməsinin önəmini vurğulayaraq bu tədbirlərin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev eyni zamanda ötən il İranda Azərbaycan Mədəniyyət Günlərinin də çox uğurla keçirildiyini və İran ictimaiyyəti tərəfindən maraqla qarşılandığını deyib. İranın qədim və zəngin mədəniyyətə malik olduğunu vurğulayan dövlət başçısı Azərbaycan ictimaiyyətinin də öz növbəsində İran Mədəniyyət Günlərini səbirsizliklə gözlədiyini qeyd edib. Prezident İlham Əliyev həm özünün, həm İran Prezidenti Həsən Ruhaninin dedikləri “Azərbaycan və İran xalqlarını birləşdirən tarixi və mədəni əlaqələrimizdir” fikrini məmnunluqla xatırlayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə, o cümlədən mədəni əməkdaşlıq istiqamətində çox uğurla inkişaf edir. Bu münasibətlərin gündəliyində duran bütün məsələlər öz həllini tapıb və bu gün əlaqələrimiz yüksək səviyyədədir. Dövlət başçısı İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin ölkəmizə səfərinin əməkdaşlığımızın möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyini deyib.

Mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi İran Prezidenti Həsən Ruhaninin ən səmimi salamlarını dövlət başçısına çatdıraraq bildirdi ki, İran Prezidenti İranla Azərbaycan arasında inkişaf edən əlaqələrin gündən-günə möhkəmlənəcəyinə əminliyini ifadə edib. Qonaq İran İslam Respublikası Mədəniyyət Günlərinin başlanğıcında Azərbaycana səfər etməsindən məmnunluğunu qeyd edərək bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib. O eyni zamanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Emtv.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR