SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Milyonlar sahibi olmasında FHN şefinin əməyi olan generala cinayət işi başlanıb - DTX istintaq aparır

26-06-2018, 13:48 | Oxunub: 11 409 |

Milyonlar sahibi olmasında FHN şefinin əməyi olan generala cinayət işi başlanıb - DTX istintaq aparır
Bir müddət əvvəl işdən çıxarılan məhşur gömrük generalı barədə ilginc xəbərlər üzə çıxıb.

Emtv.az-yerli mətbuata istinadən bildirir ki, Bakı Gömrük İdarəsinin keçmiş rəisi general-mayor Vüsal Novruzovun istintaqa cəlb edildiyi, hətta barəsində cinayət işinin başlanılması barədə xəbərlər var.

Yayılmış xəbərlərin nə dərəcədə doğru olmasını sonrakı araşdırmalarımızda təqdim edəcəyik. Məlum olan odur ki, ''dərman mafiyası'' ilə bağlı cinayət işi çərçivəsində V.Novruzov da istintaqa cəlb olunub. Onun işi sonradan ayrıca icraaata götürülüb.

Yada salaq ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Daha sonra isə V.Novruzov vəsifəsindən azad olunub. Xatırladaq ki, V.Novruzov uzun illər Azərbaycanda inhisarın başında dayanan yüksək vəzifəli məmurlardan olub. Sahibkarların onurğa sütünunun sındırılmasında birbaşa iştirak edib.

Ümumiyyətlə, V.Novruzovun general rütbəsi və milyonlar sahibi olmasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əməyini danmaq olmaz. Qısa zamanda böyük var-dövlət sahibinə çevrilən generalın monopoliyanın yaranmasında xidmətləri az deyil. Onun nəzarətində olan gömrükdə baş verən qanunsuzluq ölkə iqtisadiyyatında öz təsirini göstərib. V.Novruzovun Bakı Gömrüyündə tətbiq etdiyi qaydaları sadə vətəndaşlar belə bilirdi. V.Novruzovun tələb etdiyi rüşvəti rəsmiləşdirmək mümkün deyildi. Bakı Gömrük şefinin tələb etdiyi qanunsuz rüsum haqqına etiraz edənlərin malları aylarla karqolarda qalırdı. Sonda Novruzovun tələbləri yerinə yetirilirdi.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR