25 in 17:44Oxunub: 738 |

“Cəlilabadda öz başınalıq höküm sürür və yaxud Cəlilabadın bərbad günləri"- Vətandaşın fəryadı

“Cəlilabadda öz başınalıq höküm sürür və yaxud Cəlilabadın bərbad günləri"- Vətandaşın fəryadı

Cəlilabad rayon sakini Hüseynov Aydın İman oğlu mətbuat vasitəsi ilə müraciət edib!

Müraciəti olduğu kimi izləyicilərimizin nəzərinə çatdırırıq.


Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Cəlilabad rayon sakini H.Aydın İman oğlu müraciətində bildirir ki, rayonda özbaşınalıq hökm sürür şikayətlərimizə baxan yox, dərdlərimizi dinləyib əlac edən bi dövlət qurumu yox, çarəsiz durumda qalmışıq .

H.Aydın İman oğlu müraciətində onuda qeyd edib ki, Bakı Astara magistral yolunun kənarında 03.05.2018- il tarixdə böyük yaşıllıq ərazidə yaşıl ağacları qanunsuz kəsib doğrayıblar.

Rayon sakini H.Aydın qeyd edir ki, 10-na yaxın ağacların kəsilməsi ilə bağlı rayon dövlət orqanlarına müraciət etməyimə baxmayaraq heç bir tədbir görülmədi.” Əksinə rayon icra orqanından mənə bildiriblər ki, heç yerə şikayət etmə bu heç də sizin üçün yaxşı sonuclanmaz.”Rayon sakini H.Aydın İman oğlu qeyd edir ki, Cəlilabad rayonunun keçmiş icra hakimiyyətinin başçısı Əziz Əzizov 2015-ildə mənə məxsus olan torpağımdan 70-dən çox üzüm ağaclarını qanunsuz olaraq kəsdirib, məhv etməyi ilə yanaşı sənədli torpağımı əlimdən alıb, sahibkarlara satmışdır.Üzərindən 3-il keçməsinə baxmayaraq etdiyim şikayətlərin bu günə qədər heç bir faydası olmayıb

Rayon sakini H.Aydın bildirir ki, 12-ildən artıq Cəlilabad rayonunun keçmiş İcra hakimi Ə.Əzizov rayonda sayı bilinməz qədər qanunsuz işlər görmüşdür.

Bu günlərdə isə ölkə prizidenti cənab İlham Əliyevin gostərişi ilə Cəlilabad rayonuna yeni təyin olunmuş İcra hakimiyyətinin başçısı Zeynalov Namiq Rəsul oğlu göründüyü qədər keçmis icra başçısı Ə.Əzizovdan heç de geri qalmir.Bu gün rayonda hədsiz dərəcədə qanunsuzluqlar və özbaşınalıqlar hökm sürməkdədir.

Bir neçə gün öncə Bakı Astara magistral yolunun kənarında böyük yaşıllığın məhv olunması ilə bağlı müraciətimi heçə sayan rayon icra rəhbəri yaranmış bu cür cinayət hadisəsinə biganə qalmağı ilə yanaşı mənə təzyiq göstərmələrindən belə geri qalmırlar.

Odur ki,sizin DogruXeber.az informasiya agentliyinin vasitəsi ilə ölkə prezidenti cənab İlham Əliyevə muraciət edərək xahiş edirəm ki, mənim və ailəmin keçmiş İcra hakimiyyətinin başçısı Ə.Əzizov və indiki icra orqanları tərəfindən əlimizdən aldıqları haqlarımızı geri qaytarmaqlarına və haqsızlıqlara son qoymaları üçün ciddi göstəriş versin.!

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin reaksiyası necə olacaq?

Emtv.az
P.S.Qarşı tərəfin də fikirlərini izləyicilərimizin diqqətinə çatdırmağa hazırıq.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1377
XƏBƏR LENTİ

Reklam
Məzənnə