23 in 15:00Oxunub: 538 |

Gözünüz qaralır, başınız gicəllənirsə... - Bu xəstəlik əlamətidir

Gözünüz qaralır, başınız gicəllənirsə... - Bu xəstəlik əlamətidir
Qida zəhərlənməsi, aclıq, stress, ishal, qəbul edilən hər hansı dərmanın əks təsirləri səbəbi ilə hər kəs həyatında bir neçə dəfə göz qaralmasından şikayət edib.

Göz qaralmasına ən çox təzyiq xəstələrində rast gəlinir. Bundan əlavə həkimlər bildirir ki, təzyiqin düşməsi, təzyiqin qalxması, şəkərin yüksəlməsi, şəkərin düşməsi, qansızlıq (anemiya), treoid problemləri, gözdəki problemlər ( şişkinlik, damar problemləri), boyun damarlarında daralmalar (adətən tək gözdə qaralmaya səbəb olur) və s. gözdə qaralmalara səbəb ola bilər.

Oturduğunuz yerdə gözləriniz qaralır, başınız giccələnirsə, buna ortostatik hipertansiyon deyilir. Bu hal zamanı xəstə ayağa qalxdığında təzyiqi birdən düşür, beynə qan getmir və göz qaralması ilə yanaşı baş giccələnməsi, təngənəfəslik, rəngin solması kimi əlamətlər baş verir.

Göz qaralması mədə bulantısı ilə özünü büruzə verərsə mədə xəstəliklərindən şübhələnmək olar. Həmçinin miqren tipli baş ağrısı zamanı da göz qaralması, mədə bulantısı hallarına rast gəlinir.


Göz qaralması hər zaman ciddi xəstəlik əlaməti sayılmır, ancaq tez-tez baş verərsə, həkimə müraciət etməkdə fayda var.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə