23 in 13:31Oxunub: 378 |

Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır - Müdafiə Nazirliyi

Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır - Müdafiə Nazirliyi
Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

Bu barədə erməni mətbuatında yayılan xəbərlərlə bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bu gün erməni mətbuatında düşmən əsgərinin meyitinin tapılması barədə məlumat verilib. Bir neçə saat sonra isə daha bir məlumatda guya Azərbaycan Ordusunun diversiya keçirdiyi bildirilir.

Müdafiə Nazirliyindən sorğuya cavab olaraq bildiriblər ki, bu kimi xəbərlər yaymaqla Ermənistan tərəfi ordusundakı qanunsuzluqlar və nizamnamədən kənar münasibətlər nəticəsində mütəmadi olaraq baş verən qeyri-döyüş ölüm hadisələrini və cinayətləri ört-basdır etmək məqsədini güdür.

Azərbaycan Ordusunun istənilən gündəlik fəaliyyəti düşmən tərəfində xof və təşvişə səbəb olur. Bildiririk ki, Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib.

Ermənistan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil və yalnız ölkə ictimaiyyətinin diqqətini ordusundakı özbaşınalıqlardan və artan qeyri-döyüş itkilərdən yayındırmağa yönəlib.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1371
XƏBƏR LENTİ

Reklam
Məzənnə