23 in 11:49Oxunub: 575 |

Hacı Nuran xəstəxanadan Almaniya gedir - “Bilirdim ki, nəsə var...” - FOTO

Hacı Nuran xəstəxanadan Almaniya gedir - “Bilirdim ki, nəsə var...” - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın tanınmış aparıcısı, "Həyat" Fondunun rəhbəri Hacı Nuran Hüseynov xəstəxanaya yerləşdirilib. Bu gün isə analizlərin nəticəsi açıqlanıb və aparıcının ağciyərində onkoloji şiş tapılıb.

Emtv.az xəbər verir ki, yerli mətbuat işçiləri "Ege" hospitalda həkim nəzarətində olan aparıcını ziyarət ediblər. Hacı Nuran bazar günü təcili Almaniya gedəcəyini, orada müalicə alacağını bildirib:

"Bazar ertəsindən klinikada müalicəmi davam etdirəcəm. Bu gün səhər bir çox analizlərimin cavabı çıxdı. Ağciyər nahiyəmdə 5 sm böyüklüyündə şiş tapılıb. Ancaq bu şişin aktiv olub-olmaması yoxlamaq üçün analiz verilməlidir ki, onu da Bakıda vermək olmur. Onun nəticəsini Almaniyada biləcəyəm.

Bilirdim ki, nəsə var... Hər gün görüşlər, tədbirlər, verilişimiz çox olurdu. Ən böyük problem vaxtdır, bu səbəbdən həkimə gedə bilmirdim".

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə