23 in 11:47Oxunub: 203 |

Ukraynalı qapıçı rəsmən “Real”da - FOTO

Ukraynalı qapıçı rəsmən “Real”da - FOTO
İspaniya nəhəngi "Real” heyətini yeni futbolçu ilə gücləndirib.

"Zarya”nın və Ukrayna yığmasının qapıçısı Andrey Lunin karyerasını Madrid klubunda davam etdirəcək. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 19 yaşlı qapıçı "Real”la 6 illik müqaviləyə imza atıb.

"Real” Andreyə görə "Zarya”ya 14 milyon avro təzminat ödəyib.

Peşəkar karyerasına 2016-cı ildə "Dnepr”də başlayan "Zarya”da 2017-ci ildən çıxış edirdi. Lunin perspektivli qapıçı sayılır. Onunla "Liverpul”, "Napoli” və "İnter” də maraqlanırdı. Millidə 2 oyun keçirmiş Andrey Ukrayna yığmasında bu ilin martında Səudiyyə Ərəbistanı ilə oyunda (1:1) debüt edib.

Ukraynalı qapıçı rəsmən “Real”da - FOTO


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə