23 in 08:57Oxunub: 361 |

Almanlar Özili təhqir edirlər – “Zavallı ölü qurbağa”

Almanlar Özili təhqir edirlər – “Zavallı ölü qurbağa”

Londonda bir tədbirdə Türkiyə prezidenti Receb Tayyip Ərdoğan ilə şəkil çəkdirən Almaniyanın türk əsilli futbolçusu Məsut Özilə qarşı çirkin fikirlər səngimək bilmir.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Almaniyanın sabiq futbolçularından biri mario Besler qatıldığı teleziya proqramında Məsut Özil haqqında “meydanda ölmüş qurbağa kimi idi” ifadəsini işlədib. Proqramın digər qonaqları gülümsəyərkən, zaldakı tamaşaçılar bu fikri alqışla qarşılayıblar. Özili heç vaxt dəstəkləməyən Basler “Özil oynadığı futboldan daha çox dəyər görür. Mesut zəiflərlə oyunda qol vurur, güclülərlə oyunda isə qol vura bilməyən acınacaqlı zavallı kimidir”.

Almaniyanın “Die Velt” qəzeti isə Mesut Özilə dəstək olub. “Almaniya, Mesut Özilə çox şey borcludur” başlıqlı yazıda, onun Meksika ilə oyundan sonra çox üzgün olduğu və bu qədər neqativ fikirlərə layiq olmadığını bildirib. Onun Almaniya millisi üçün çox şey etdiyini nəzərə çatdıran qəzet, Almanların onu 1 nömrəli düşmən kimi gördüyünü ifadə edərək, tənqidlərin çox abardıldığını bildirib.
Almaniyanın digər sabiq futbolçusu Dietmar Hamann da Özilə dəstək olub. “Kicker” nəşri üçün yazdığı məqalədə “Hər şey yaxşı gedərsə, hamı xoşbəxtdir, hər şey pis gedərsə Mesut suçlu. Əlinizi Özildən çəkin. O, 10 ildir Almaniya millisinin ən yaxşılarından biridir”.


Meksika ilə oyunda Özilin zəif oynadığını bildirən Hamann “Dünya çempionatında komanda olaraq önəmli yer tutmaq istəyiriksə, Mesut ən önəmli futbolçulardan biri, hətta birincisidir”.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında çıxış edən türk futbolçular Mesut Özil, İlkay Gündoğan və Cenk Tosun Londonda keçirilən tədbirdə Türkiyənin prezidenti Erdoğanla görüşmüş, onunla şəkil çəkdirərək forma hədiyyə etmişdilər. Bu fotoya görə tənqid olunan futbolçunun bu mövzuda açıqlamama verməməsinə Alman mediası təpki göstərir.

Rusiyada keçirilən Dünya kubokunun ilk oyununda Meksikaya məğlubiyyətdən sonra bəzi alman şərhçilər və sabiq futbolçular Özili tənqid etmiş, onun İsveçlə oyunda meydana çıxmamasını istəmişdilər.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə