23 in 07:43Oxunub: 247 |

Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə şəhərin 42-ci məhəlləsində olub.

Sumqayıt Su-kanal İdarəsində debitor üzrə nəzarətçi kimi fəaliyyət göstərən Adil Balayev iş başında olarkən bıçaqlanıb.

Hadisəylə bağlı Sumqayıt Su-kanal İdarəsindən bildiriblər ki, ötən gün 16:00-16:05 radələrində, xidməti vəzifəsini yerinə yetirən Adil Balayev həmin məhəllədəki evlərdən birinin qapısını döyüb və abonentə 609 AZN borcu olduğu haqqında məlumat verib:
“Cavab olaraq abonent işçiyə bildirib ki, sənə demişəm mənim qapımı döymə. A.Balayev razılaşaraq aşağı mərtəbəyə düşüb, amma ev sakini əlində bıçaqla gələrək eyni sözləri təkrarlayıb və nəzarətçini itələyərək yerdə ona üç bıçaq zərbəsi endirib”.

İdarədən A.Balayevin hazırda vəziyyətinin normal olduğu qeyd olunub:
“O, dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və orada əməliyyat olunub. Həkimlərlə danışmışıq, işçinin vəziyyəti hazırda normaldır. İki-üç günə evə buraxılacaq”.


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə