23 in 07:29Oxunub: 390 |

31-saylı bağçada körpəyə qarşı amansız davranış: Uşağın üzünə dağ çəkdilər – Foto

31-saylı bağçada körpəyə qarşı amansız davranış: Uşağın üzünə dağ çəkdilər – Foto

Azərbaycanda daha bir bağçada körpəyə qarşı şiddət göstərilib.

Emtv.az xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində məlumat və fotolar yayılıb.

Məlumata görə, hadisə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında baş verib.

Qeyd olunur ki, bağçada işləyən Gülnarə adlı müəllimə Sara adlı 1 yaş 6 aylıq körpənin üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, “uşaq uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb”.

Bildirilir ki, uşağı ekspertizaya aparıblar və orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub.

“Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, iş vaxtı olmadığı üçün sözügedən bağçadan münasibət öyrənmək mümkün olmadı.
Mövzunu diqqətdə saxlayacağıq.

Emtv.az
31-saylı bağçada körpəyə qarşı amansız davranış: Uşağın üzünə dağ çəkdilər – Foto
31-saylı bağçada körpəyə qarşı amansız davranış: Uşağın üzünə dağ çəkdilər – Foto
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə